“G11rand-Agro” LLC operates within “Agro Food Investments” LLC group of companies.
close
close
16-02-2021

Torpaq nümunəsi necə götürülməlidir?

Torpaq nümunələrinin götürülməsi zamanı bir sıra məsələlərə diqqət yetirmək tələb olunur. Belə ki, analiz üçün nümunələrin düzgün götürülməsi analiz nəticələrinə təsir edən əsas faktorlardan biridir. Odur ki, fermerlər nümunə götürərkən aşağıdakılara diqqət yetirilməlidir.

Nümunələr müxtəlif əkin təyinatlı torpaqlar üçün ayrı üsullar ilə götürülür. Bağlar üçün nümunə zərf üsulu ilə üç dərinlikdən götülməlidir. 0-30 sm, 30-60 sm və 60-90 sm dərinlikdən götrülür. Zərf üsulu dedikdə, bağ zərfin küncləri və ortası kimi 5 nöqtəyə bölünür və həmin nöqtələrdən üç dərinlikdən nümunə götürülür.

Hər nöqtədən götürülən nümunə dərinliklər üzrə ayrı-ayrılıqda qarışdırılaraq bir ortaq nümunə hazırlanır və analiz üçün laboratoriyaya göndərilir. Nümunələr qarışdırılarkən qarışdırılan torpaq nümunələrinin eyni dərinliklərdə olmasına xüsusi diqqət vermək lazımdır və onu müxtəlif dərinliklərlə qarışdırmaq olmaz.

Birillik tarla bitkiləri üçün üçün isə hər 5 hektar üçün ziqzaq üsulu ilə bir neçə yerdən 0-30 sm-dən nümunələr götürülür. Nümunələr qarışdırılaraq bir ortaq nümunə hazırlanır və analiz üçün laboratoriyaya təqdim edilir . Əgər sahəmiz 10 hektardan ibarətdirsə, hər 5 hektar üçün 1 ortaq nümunə götürülməlidir.

 

Agrolab

listFoto qalereya