close
close
13-08-2024

Pambıq sovkasının inkişafı və yayılması

Pambıq bitkisinin ən təhlükəli zərərvericilərindən biri pambıq sovkası hesab olunur və Azərbaycanda 3-4 nəsil verir. Qışlayan fərdlər havanın temperaturu 17-20 dərəcə olduqda pupdan kəpənəklər çıxaraq uçuşa başlayır. May ayının son 10 günlüyündə pambıq bitkisində görünməyə başlayır. Pambıq sovkasının bir nəsli 30-35 günə həyat dövriyyəsini tamamlayır, 6 yaş keçirir və 14-18 günə bu yaşı tamamlayır. Torpağın 10-15 sm altına girərək pup mərhələsinə keçir, 12-14 günə isə pup mərhələsini də tamamlayır. Kəpənəklər pambıq bitkisinin təpə yarpaqlarına, bar orqanlarına və gövdə üzərinə 1 ədəd olmaqla yumurta qoyur. Yumurtanın ölçüsü 0.4-0.5 mm-dir, yumurtanın quruluşu isə kürə şəklindədir. Hər bir kəpənək yaşadığı dövrdə ümumilikdə 400-dən 2400-ə qədər yumurta qoya bilər. Qoyulan yumurtanın maksimum 50%-dən tırtıl çıxır və bu miqdar hər yeni nəsil gəldikcə azalmağa doğru gedir. Yumurtalar öncə ağ rəngdə olur, tırtıl çıxmağa az qalmış qəhvəyi rəng alır və 2-3 gün ərzində tırtıl yumurtadan çıxır və  çıxan tırtıllar isə pambıq, tütün və qarğıdalı kimi bitkilərlə qidalanır.
Bir tırtıl 28 ədəd bar orqanına ziyan verə bilər. Pambıq bitkisi üzərində 3 metrdə 2 yumurta görüldüyü təqdirdə mübarizəyə başlamaq lazımdır. Pambıq sovkasına qarşı bioloji mübarizə üçün trixoqramma, apanteles, metorus və s. üsullar istifadə edilir.