Şəkər çuğundurunda Ramularia xəstəliyi
Şəkər çuğundurunda Ramularia xəstəliyi
Törədicisi - Ramularia beticola
Ramularia xəstəliyi şəkər çuğunduru bitkisində əsasən yarpaq ləkələrinə səbəb olur. Ramularia yarpaq ləkələri Serkospora yarpaq ləkələri ilə qarışdırıla bilər. Bununla belə, Ramularia xəstəliyinin ləkələri daha böyük olur.
Ramulariyanın inkişafı üçün optimal temperatur və rütubət Serkospora ilə müqayisədə daha aşağıdır. 16-20 ° C arasında olan temperatur və 70% rütubət Ramularia xəstəliyinin yaranması üçün əlverişlidir.
Göbələyin sporları bitki qalıqları ilə torpaqda qalır və qısa növbəli əkində yüksək infeksiya fonu yaradır. Simptomları optimal temperatur və nəmlikdə sirayətlənmədən 18 gün sonra görünür. Nəmli hava onun inkişafını stimullaşdırır. Optimal temperatur serkosporada olandan aşağı olduğu üçün ramularia şimal bölgələrində, serkospora isə cənubda daha geniş yayılır.
Bu xəstəliyə bütün becərmə regionlarında rast gəlinir. Xəstəliyin təsiri nəticəsində yoluxmuş yarpaqlar məhv olur və yeni yarpaqların əmələ gəlməsinin sürətlənməsi şəkər itkisinə səbəb olur. Çox isti dövrlərdə ramulariyanın inkişafı zəifləyir, serkosporada isə güclənir.
Paylaşın