“Azərşəkər” ailəsi olaraq atdığımız hər addımda dürüstlük, keyfiyyət, əməkdaşlıq, sahibkarlıq və qazanc kimi dəyərlərimizə sadiq qalmaq və onları qorumaq əsas prinsipimizdir. Bu prinsipləri özündə birləşdirən yüksək motivasiyalı və peşəkar komandamız fəaliyyətimizin təməlini təşkil edir.
DÜRÜSTLÜK
Həmişə doğru olanı etmək. Hər dəqiqə. Hər şəraitdə. Heç kimin görmədiyi anda belə.
KEYFİYYƏT
Verdiyimiz sözü tutmaq. Hər gün, hər an – keyfiyyətlə səmərəliliyi balanslaşdıraraq ən yaxşı nəticəni vermək.
ƏMƏKDAŞLIQ
Bir komanda kimi işləyəndə – şöbələr, biznes vahidləri, ölkələr arasında – möhtəşəm nəticələr əldə edirik. Müştərilərlə, tərəfdaşlarla və təchizatçılarla əməkdaşlıq edəndə bazarın gözləntilərini qat-qat aşırıq.
SAHİBKARLIQ
Şəxsi məsuliyyətdən qorxmamaq. Daha bir addım atmaq və ya yenilik sınamaq üçün irəli çıxmaq.
QAZANC
Dəyərin təkcə qazanılan hər manatda deyil, həm də qənaət edilən hər manatda olduğunu anlamaqdır.
Təcrübəli kollektivdən ibarət olan şirkətimiz üçün əməkdaşlarımızın peşəkar və şəxsi inkişafı çox önəmlidir. Buna görə də hər bir əməkdaşımız müvafiq sahələr üzrə bilik və bacarıqlarını daha da mükəmməlləşdirməsi məqsədilə mütəmadi təlim proqramlarında və seminarlarda iştirak edir.