close
close
04-02-2020

Düzgün suvarma sisteminin qurulması

Azərbaycanda kənd təsərrüfatı bitkilərinin becərilməsində əsas məhdudlaşdırıcı amil suvarma hesab olunur. Odur ki, suvarmanın düzgün təşkili, suvarma texnikasının, suvarma normalarının bitkilərə uyğun, ərazinin relyefi və iqlim şəraiti nəzərə alınmaqla təşkili yüksək məhsul istehsalının əsas şərtlərindəndir.
Nəzərə alsaq ki, ölkəmizin su ehtiyatlarının böyük hissəsi xaricdə formalaşır, bu baxımdan dövrümüzün ən qiymətli sərvətlərindən hesab olunan su ehtiyatlarının qorunması, ondan qənaətlə və effektiv şəkildə istifadə olunması hər bir təsərrüfatın prioritetlərindən olmalıdır. Xüsusilə səth suvarma (sızım, zolay, basdırma və s.) üsullarından imtina etmək və daha mütərəqqi suvarma sistemlərindən (yağış yağdırma, damlama, yeraltı suvarma) istifadəyə keçid tələb olunur.
Pivot suvarma i ilə 30-40 %, damlama üsulu ilə 50 % suvarma suyuna qənaət edə bilərik. Bu qənaətin hesabına digər sahələri də əkin dövriyyəsinə cəlb edə bilərik.
Suvarmanın effektivliyi eyni zamanda torpağın düzgün hazırlanmasından, nəmlik ehtiyatlarının mütəmadi monitorinqindən və ona uyğun suvarma normalarının düzgün seçimindən də asılıdır.