close
close
29-01-2025

Bitki yetişdirmədə gübrələrin rolu və tətbiq üsulları

Gübrələr məhsuldarlığı artırmaq üçün bitkilərə verilən əlavə maddələrdir. Bitkilərin düzgün böyüməsi üçün 15 əsas elementə sahib olması lazımdır. Onlardan bitkilərə çox miqdarda lazım olan elementlərə (C, O, H, N, P, K, Ca, Mg, S) makroelementlər, tərkibində həmin elementlər olan gübrələrə isə makrogübrələr və ya adi gübrələr deyilir. Bitkilər üçün az miqdarda lazım olan elementlər (B, Cu, Co, Mn, Zn, Mo və s.) mikroelementlər, tərkibində həmin elementlər olan gübrələr isə mikrogübrələr adlanır. Əkinə başlamazdan əvvəl torpaqlar analiz olunub analiz nəticələrinə uyğun gübrə normaları planlaşdırılmalıdır.

 

Əkinlərdə bitkilərə gübrələr 2 hissəyə bölünərək verilir:

    1. Şum altına və ya səpinlə verilən gübrələr. Bura əsasən peyin və kompostlar, fosforlu və kaliumlu gübrələr aiddir. P və K gübrələr gec parçalandıqlarına və bitkilər tərəfindən gec mənimsənildiyinə görə əkindən əvvəl verilir. Fosforlu gübrələr inmobil olduqlarından düşdükləri nöqtədən ən çox 5 sm hərəkət edə bilir. Kaliumlu gübrələr isə nisbətən hərəkətlidir. Şum altına verilən mineral gübrələr yağıntı miqdarı 400 mm-dən az düşən ərazilərdə payız və qış dövründə, 400 mm-dən çox düşən ərazilərdə isə yazda və ya səpinlə birlikdə verilməsi məsləhətdir. Səpinlə birlikdə az miqdarda azotlu və mikroqranul gübrələr tətbiq edilə bilər.
    2. Yemləmə gübrəsi. Yemləmə gübrəsi əkiləcək mədəni bitkinin növündən asılı olaraq dəyişir. Burada həm verəcəyimiz gübrə növü, həm də səpin tarixi yetişdirəcəyimiz mədəni bitkidən asılı olaraq dəyişir. Vegetasiya dövründə həm mikroelementlərdən, həm də makroelementlərdən istifadə olunur. Yemləmələr təkcə torpağa deyil həmçinin yarpaqdan da tədbiq edilə bilər.