close
close
24-06-2024

Serkospora xəstəliyi, fəsadları

Serkospora ilə güclü yoluxmada ləkələr böyüyərək birləşir və nəticədə yarpaqların bütün səthi boyunca qurumalar baş verir və yarpaq məhv olur. Əvvəlcə sirayətlənmə ayrı-ayrı yarpaqlarda baş verir, onun yayılması ilə sahədə xəstəlik ocaqları meydana çıxır.
Göbələk sporları ölmüş bitki qalıqları ilə torpaqda qorunub saxlanılır. Simptomlar havanın temperaturu 23-270C, nəmliyi 96% olduqda sirayətlənmədən 5 gün sonra meydana çıxır. 
Yarpaqların məhv olmasına baxmayaraq zədələnmiş bitkidə yeni yarpaqlar əmələ gəlməyə başlayır. Yeni yarpaqların əmələ gəlməsi isə kök daxilində olan şəkərin sərf olunması yolu ilə baş verir. Nəticədə çuğundurda şəkərin azalması prosesi (itkisi) baş verir.
Xüsusi mübarizə tədbiri kimi, serkosporiyaya davamlı hibridlərin seçimi, eyni zamanda sahədə mütamadi monitorinqləri aparılması yolu ilə xəstəliyin ilkin fazasında onun müəyyən olunması və ona qarşı dərmanlamanın aparılmasıdır. Digər bir mübarizə tədbiri isə xəstəliyin ehtimal olunduğu dövrlərdə (proqnozlar əsasında) ona qarşı preventiv (qabaqlayıcı) dərmanlanmanın aparılmasıdır.