Siderat kimi Xardal bitkisindən istifadə
Torpağın münbitliyini artırmaq üçün siderat bitkilər ən yaxşı vasitə hesab olunur. Sideratların yaşıl kütləsi torpağı üzvi maddələrlə və azotla zənginləşdirir. Əkinçilikdə yaşıl gübrələrdən uzun müddət istifadə olunsa da, Azərbaycanda bu təcrübə yenidir.
İlk dəfə olaraq Azərşəkər MMC öz sahələrində torpaqların münbitliyini artırmaq məqsədilə siderat kimi xardal bitkisindən istifadə edib.
Məhsul yığıldıqdan sonra torpağın boş saxlanılması onun külək və su eroziyasına məruz qalmasına səbəb olur. Odur ki, sideratlar torpağı üzvi maddələrlə zənginləşdirməklə yanaşı, torpaqqoruyucu funksiyaya da malikdir. Eyni zamanda xardalın torpağa kökləri vasitəsilə ayırdığı maddələr torpaq nematodlarını məhv edir, biofumiqasiya prosesi baş verir. Bu proses xüsusilə çuğundur əkilən növbəli əkinlərdə olduqca effektiv olur.
Sahələrimizdə sideratların əkini payızlıqlar yığıldıqdan sonra sentyabr ayında aparılıb. Yaşıl gübrə kimi toprağa payızda, şaxtalar düşənə qədər və bitkilərin toxumlamasından qabaq verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sideratların basdırılma dərinliyi yüngül torpaqda 12-15 sm, ağır torpaqlarda isə 6-8 sm olmalıdır.
Şəkər çuğundurunda iyul ayında diqqət edilməsi vacib olan xəstəlik - SERKOSPORA
Payızlıq taxıllarda yemləmə gübrəsinin verilməsi
Torpaq nümunəsi necə götürülməlidir?
Qarğıdalı sahələrini ziyanvericilərdən necə xilas etmək olar?
Məhsuldar torpaq rəngindən bəlli olar