close
close
23-02-2024

Toxum yatağının hazırlığı 

Torpaq əkinçilik üçün vacib material və resursdur. Düzgün becərmə üsullarını seçmək və müasir texnologiyadan istifadə etmək torpağın uzunmüddətli gəlirliliyini əldə etməyə və saxlamağa kömək edə bilər. Becərmə torpağın su, hava, istilik və qida rejimlərinin planlı şəkildə dəyişdirilməsinə və mədəni bitkilər üçün ən yaxşı şərait yaratmasına istiqamətlənmiş prosesdir. Yüksək məhsul əldə etmək üçün vacib amil toxum yatağının hazırlanmasıdır.
İdeal toxum yatağı məhsulun optimal inkişafının əsasını təşkil edir. Kompaktor incə becərilmiş, yaxşı bərkidilmiş, bərabər dərinliyə malik toxum yatağının hazırlanması üçün ideal aqreqatdır. Bu, xüsusilə şəkər çuğunduru və qarğıdalı bitkisinin bərabər toxum cücərməsi və məhsulun ardıcıl çıxması üçün zəmin yaradır. Bu da optimal məhsuldarlığın təməlidir.
Toxum yatağının hazırlanmasında əsas məqsəd toxumların səmərəli böyüməsi və toxumların tez və eyni anda cücərməsi üçün əlverişli mühit yaratmaqdır. Hazırlanmış torpağın strukturu (əkin) şumlamadan məhsul yığımına qədər sabit qalmalıdır. Aqreqatın üstünlüyü  torpaq səthinin mükəmməl hamarlanması, kəltənlərin incə parçalanması və  yaxşı sıxılmış toxum yatağının əmələ gəlməsidir.
Torpağın düzgün olmayan və ya qeyri - bərabər becərilməsi zamanı bitkilərin yanlış və qeyri - bərabər cücərməsi təhlükəsi yaranır.