close
close
14-02-2024

Torpağın üzlənməsi

Torpağın becərilməsi maksimal nəmlik toplanmasına və onun qorunub saxlanılmasına, alaqların məhv edilməsinə, torpaq səthinin hamarlanmasına, kəltənlərin parçalanmasına yönəldilməlidir. 

Yazlıq əkinlər üçün torpaq hazırlanarkən aqrotexniki tədbirlər düzgün və ardıcıl yerinə yetirilməlidir. Şumaltı gübrələrin səpinindən sonra üzləmə aparılmalıdır. Burada məqsəd alaq otlarının məhv edilməsi, gübrənin torpağa qarışması və kəltənlərin doğranmasından ibarətdir. İlk növbədə sahənin üzlənməsi diskli üzləyicilərlə 6-7 sm dərinlikdə aparılmalıdır. Əgər sahə kökümsov gövdəli alaqlar, çayır və s. ilə zibillənibsə, üzləməni 10-12 sm dərinlikdə aparmaq lazımdır.