close
close
16-02-2024

Dayanıqlı kənd təsərrüfatında suvarma

Respublikamızın kifayət qədər su çatışmayan rayonlarında kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq götürmək üçün suvarma ən vacib, təxirəsalınmaz amillərdən biridir. Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri olub bitkinin su tələbatını ödəməklə yanaşı, həm də torpağın istiliyinə, hava rejiminə, kimyəvi tərkibinə və ondakı bakteriyaların mikrobioloji fəaliyyətinə təsir göstərir.

Su bitki üçün mütləq lazım olan həyat amillərindən biridir. Toxumun cücərməsindən başlamış vegetasiyanın sonuna qədər bitkilər sudan istifadə edirlər. 

Xüsusilə səth suvarma (sızım, zolay, basdırma və s.) üsullarından imtina etmək və daha mütərəqqi suvarma sistemlərindən (yağış yağdırma, damlama, yeraltı suvarma) istifadəyə keçid tələb olunur.

Pivot suvarma ilə 30-40%, damlama üsulu ilə 50% suvarma suyuna qənaət edə bilərik. Bu qənaətin hesabına digər sahələri də əkin dövriyyəsinə cəlb edə bilərik.

Suvarmanın effektivliyi eyni zamanda torpağın düzgün hazırlanmasından, nəmlik ehtiyatlarının mütəmadi monitorinqlərindən və ona uyğun suvarma normalarının düzgün seçimindən də asılıdır.