close
close
30-03-2020

Məhsuldar torpaq rəngindən bəlli olar

Torpağın rəngi onun tərkibindəki humusun miqdarından asılıdır. Torpağın üst qatında humusun miqdarı çox olduğu üçün, bu qatda onun rəngi tünd rəngdədir (boz və qəhvəyi). Torpaqda nə qədər çox humus varsa, onda horizontalların rəngi də tünd olur. Torpaqda olan Humusun tərkibində bitkinin inkişafı üçün tələb olunan qida maddələri mövcuddur. Humus torpağın üzvi maddəsinin 85-90%-ni təşkil etməklə onun məhsuldarlığının əsas kriteriyalarındandır. Humus torpaqda bitki və heyvanların üzvi qalıqlarının parçalanması nəticəsində yaranır. Torpağın düzgün becərilməsi, məhsul yığımı zamanı bitki qalıqlarının torpaqda saxlanması üzvü hissənin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu eyni zamanda torpaqda mikrobioloji proseslərin aktivləşməsinə gətirib çıxarır.