close
close
15-03-2024

 Əkinlərdə iynəli maladan istifadənin üstünlükləri

İynəli mala darcərgəli və enli cərgəli əkinlərdə cərgə aralarının işlənməsi üçün nəzərdə tutulur.


İynəli maladan istifadənin üstünlükləri:
Torpaq səthində yağışdan və ya suvarmadan sonra yaranmış qaysağın dağıdılması;
Torpaq səthinin yumşaldılması;
Alaq otlarının kök sisteminin ilkin sap mərhələsində məhv edilməsi;
Havanın, oksigeninin torpağa daxil olması;
Gübrələrin basdırılması;
Torpaqda nəmliyin qorunması.


Yazda torpaqdakı bütün kapilyarlar və kapilyar olmayan boşluqlar su ilə dolu olur. Nəmliyi qorumaq üçün torpağın üst qatında olan kapilyarları dağıtmaq və beləliklə nəmliyin buxarlanmasının qarşısını almaq lazımdır. Torpaqda suyun qorunması isə kök sisteminin inkişafına töhfə verir və suvarma suyundan qənaətlə istifadəyə imkan verir.
Bir sıra tədqiqatlara görə iynəli malanın tətbiqi zamanı torpağa əlavə olaraq 30-50 kq azot daxil olur.