close
close
27-05-2024

Feromon tələlərin bitki mühafizəsində rolu 

Feromon eyni növə mənsub fərdləri cəlb etmək üçün həşəratlar tərəfindən ifraz olunan bioloji aktiv maddədir. 
Feromon tələlərin 2 növü var: deltaşəkilli və qıfşəkilli.
Deltaşəkilli tələ su keçirməyən kardon korpus, feromon kapsulu yerləşdirmək üçün səbət, tələni fiksə etmək üçün metal bərkidici və dəyişilə bilən yapışqandan ibarətdir. Açıq qruntda tələlərin effektiv ekplotasiyası 1 ay, istixanalarda 1.5-2 ay hesab olunur.
Qıfşəkilli tələ plastik korpus, feromon kapsulu yerləşdirmək üçün səbət, fiksə etmək üçün bərkidicidən ibarətdir. Ancaq yapışqan lövhə əvəzinə həşəratları tutmaq üçün bitki yağı əlavə olunmuş su tökülür və belə maye ilə dolu tələyə düşən həşərat islanaraq uça bilmir. Effektivliyi 1-2 mövsüm davam edir.
Feromon tələlərin sahədə yerləşdirilməsi:
Məsələn, 1 müşahidə nöqtəsi 5-7 ha ərazini əhatə etməlidir və hər nəzarət kəsimində 4 feromon tələsi qoyulmalıdır. 
Feromon tələlərindən istifadə istiqamətləri:
Kütləvi tutuculuq;
Monitorinq.
Kütləvi tutuculuq ziyanvericilərin tamamilə məhv edilməsində istifadə olunur. 
“Erkək vakuumu” və ya “Eliminasiya metodu” vasitəsilə sahədə tələ sayını çoxaldaraq, erkək fərdlərin demək olar ki, hamısını tutmaq olur və beləliklə sahəyə uçan dişi fərdlər yumurta qoysalar belə onları mayalayacaq erkək fərdlər olmur. Lakin bu metodun geniş tədbiqi əlverişli hesab olunmur.
Monitorinq ziyanverici həşəratların uçuş vaxtına nəzarət və həşəratı dəqiq identifikasiya etmək, eləcə də sayımını aparmaq üçün tətbiq olunur.

listFoto qalereya