Xidmət sahəsi: Kənd təsərrüfatı proseslərinin idarə edilməsi.
Bizim öhdəliklərimiz: “EDEN AGRO” MMC yüksək səviyyədə performansa nail olmaq üçün bütün qanunlara, standartlara, müştərilərin ehtiyaclarına, gözləntilərinə və müvafiq tələblərinə riayət etməyə borcludur. Bütün proseslər ISO 9001:2015 beynəlxalq standartına cavab verən sənədləşdirilmiş Keyfiyyət İdarəetmə Sistemi əsasında strukturlaşdırılmışdır. Aşağıda göstərilən prinsip və metodları fəaliyyətimizə tətbiq etməyi öhdəliyimizə götürürük:
Müştəri yönümlülük: Müştəri tələbatlarına sürətli və effektiv cavab verərək müştəri məmmnuniyyətini artırmaq.
Qanuni tələblər: Biznes sahəmizə aid olan, dövlət orqanları tərəfindən müəyyən edilmiş rəsmi qanunlara riayət etmək.
Davamlı inkişaf: İş proseslərini müvafiq performans göstəricilər və müştəri irad və təklifləri əsasında davamlı təkmilləşdirmək.
Məqsəd və hədəflər: İş proseslərimizi təkmilləşdirmək üçün effektivliklə əlaqələndirilmiş hədəflər qoyaraq personal biliklərini tədrislərlə daim inkişaf etdirmək.
Resurslar: Planlaşdırılmış məqsədlərə və hədəflərə nail olmaq üçün şirkətin rəhbərliyi tərəfindən maliyyə, informasiya və digər zəruri bütün resursları təmin etmək.
Maraqlı tərəflər: Keyfiyyəti artırmaq üçün müştərilərimizlə, təchizatçılarımızla və digər tərəflərlə qarşılıqlı əlaqələri inkişaf etdirmək və səmərəliliyi yüksəltmək.
Xarici və daxili məsələlər: Daim təşkilatın məqsədinə və strateji istiqamətinə təsir göstərə biləcək məsələləri nəzərə almaq.
Risklərin idarə olunması: Risk əsaslı idarəetməni təmin etmək və yüksək keyfiyyət standartları ilə təhlükəsiz fəaliyyət üçün bütün nəzarət tədbirlərini tətbiq etmək.
Məsuliyyət: Uyğunsuzluqların qarşısını almaq, müştərilərin və digər maraqlı tərəflərin gözləntilərinə cavab vermək və müqavilə tələblərinə düzgün riayət etmək üçün bütün tədbirləri yerinə yetirmək.
Kommunikasiya: Hər zaman işçiləri Keyfiyyət Siyasətinin tələbləri barədə məlumatlandırmaq.
İNTEQRİR OLUNMUŞ İDARƏETMƏ SİSTEMİ ÜZRƏ SİYASƏT
“EDEN AGRO” MMC İş Sağlamlığı və Təhlükəsizliyinin, Ətraf Mühitin, Keyfiyyətin və Qida Təhlükəsizliyinin idarə olunmasında, ISO 45001:2018, ISO 9001:2015, ISO 14001:2015 və FSSC 22000 standartlarının tələblərini, qanunvericiliyi, texniki tələbləri, müştərilərin tələblərini və digər müvafiq tələbləri rəhbər tutacağıq.
Keyfiyyətli və Qida təhlükəsizliyi sahəsində inteqrə olunmuş idarəetmə sistemini davamlı məhsuldar və effektiv tətbiq edəcəyik və yaxşılaşdıracağıq.
Biz təşkilatın kontekstini nəzərdən keçirərək təşkilatın strategiya və risklərini müəyyən edəcəyik.
“EDEN AGRO” MMC tərəfindən istehsal olunan məhsulların Azərbaycan Respublikasında keyfiyyətcə və təhlükəsizlik cəhətdən lider mövqedə qalmasını təmin edəcəyik.
Biz məhsulumuzu qanunvericilik və müştəri tələblərinə uyğun olmasını təmin etməkdən ötrü proses yanaşmasından istifadə edəcəyik.
Biz əsas maraqlı tərəflərimizin gözləntilərini nəzərə almaqla, müştərilərimizin ehtiyac və gözləntilərini başa düşməkdən ötrü onlarla əks əlaqə yaradacıyıq və onların bu ehtiyac və gözləntilərini yerinə yetirməkdən ötrü əlimizdən gələni edəcəyik.
Stabil keyfiyyətli məhsul buraxacağımıza zəmanət veririk və müştərilərlə qarşılıqlı əlaqələrin vasitəsilə riskləri qiymətləndirəcək, qida təhlükəsizliyi sahəsində etibarlı məhsul təqdim edəcəyik.
Keyfiyyət və təhlükəsizlik, qarşılıqlı hörmət və fayda prinsiplərinə əsaslanaraq təchizatçılarla uzunmüddətli tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək və dəstəkləmək.
Müəssisənin yüksək rəqabət şəraitində fəaliyyət göstərməsi üçün yeni texnologiyaların və idarəetmə metodlarının tədbiq edilməsi.
Qarşıya qoyulan məqsədlərə əsasən itkilərin faiz miqdarının azaldılmasına və istehsal mərhələlərində yarana biləcək təkrar emal üçün qida tullantılarının faizinin azaldılmasına yönəlik tədbirlər görəcəyik
Keyfiyyət və təhlükəsizlik sahəsində istehsal prosesi zəncirinin bütün hissələrinin informasiya ilə təmin edilməsi.
Keyfiyyət və Qida təhlükəsizliyi sahəsində problemlərin həll edilməsi məqsədilə İOQTİSM qrupunun iclasları vasitəsilə şirkət əməkdaşlarının prosesə cəlb edilməsi.
Yeni avadanlıqların istehsalatda tədbiqi yolu ilə infrastrukturun modernləşdirilməsi, hansı ki imkan verir ki keyfiyyət və qida təhlükəsizliyi sahəsində qarşıya qoyulan reqlamentə əsasən məhsul istehsal edilsin.
“EDEN AGRO” MMC-də kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edəcəyik.
İşçiləri Keyfiyyət, Qida Təhlükəsizliyi, Ətraf Mühitin, İş Sağlamlığı və Təhlükəsizliyinin sahəsi üzrə biliklərin, vərdişlərin yüksəldilməsi istiqamətində olan müvafiq təlimlərlə təmin edəcəyik.
İnteqrə olunmuş idarəetmə sistemi və Qida təhlükəsizliyi üzrə qoyulmuş performans göstəricilərinin mütəmadi olaraq ölçülməsi və monitorinqini təmin edəcəyik.
İnteqrə olunmuş idarəetmə sisteminin və Qida təhlükəsizliyinin məqsədlərinə çatmaq üçün kifayət qədər resurslar ayıracağıq.
İnteqrə olunmuş idarəetmə sisteminin və Qida təhlükəsizliyinin tələblərinə əsasən təhlükələrin müəyyənləşdirilməsi, risklərin və imkanların qiymətləndirilməsi, nəzarət və bərpa tədbirlərinin tətbiq edilməsini.
Müəssisə üçün məhsul istehsal edilən zaman resurslardan qənaətli istifadə.
Təhlükəli tullantıların əmələ gəlməsinin minimallaşdırılması məqsədi ilə proseslərin səmərəli koordinasiyası, limitdən artıq tullantıların əmələ gəlməsinin qarşısının alınması üçün proseslərin təhlilini təmin edəcəyik.
İstehsal zamanı əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunverici və qəbul olunmuş digər beynəlxalq tələblərinin tam və dəqiq icrasının təmin edəcəyik.
İstehsal zamanı təbii və enerji resurslarının qeyri rasional istifadəsinin qarşısının alınması, istehsal prosesində əmələ gələn havaya, torpağa və sulara olan tullantılarda zərərli maddələrin miqdarının mümkün olan minimal səviyyəyə qədər azaldılması təmin edəcəyik.
İşlərin bütün mərhələlərində proseslərə, əməyin mühafizəsi və ətraf mühitin vəziyyətinə hərtərəfli daimi daxili nəzarətin həyata keçirilməsini təmin edəcəyik.
Müəssisənin fəaliyyəti zamanı qəza və bədbəxt hadisələrin qarşısının alınması, o cümlədən mümkün qəza vəziyyətləri zamanı ətraf mühitə zərərli təsirin azaldılması və risklərin əmələ gəlməsinin qarşısının alınması üçün istehsalat obyektlərinin vəziyyətinin vaxtında müayinəsinin aparılması və qiymətləndirilməsi, onlara vaxtında və keyfiyyətli texniki xidməti təmin edəcəyik.
Keyfiyyət idarəetməsi, Qida və Ekoloji təhlükəsizlik sahəsində əməkdaşların uyğunluğunu təmin etmək (hər əməkdaş öz iş sahəsində bütün səviyyələrdə).
“EDEN AGRO” MMC Şirkətinin rəhbərliyi müəssisənin əsas inkişaf (təkmilləşdirmə) istiqamətləri üzrə resurslarla təmin olunmasını öz üzərinə götürür və hər bir işçini bu Siyasətin keyfiyyət idarəçiliyi və qida və ekoloji təhlükəsizlik sahəsində həyata keçirilməsində müvafiq məsuliyyətini bölüşməyə təşviq edir.