82 at gücü, Tier II və Tier III mühərriki olan JCB 3CX ekskavatoru qazma, yükləmə, torpaq səthinin hamarlanması işlərini yerinə yetirir. Qazma dərinliyi 4.24 m, maksimal qaldırma hündürlüyü 3.33 m təşkil edir.
Diş sayı 7+1, çevriləbilən, parking dayağı, işləmə dərinliyi mexaniki tənzimlənən, anti-şok sisteminə malik olan texnika müasir təsəürrüfatlar üçün əvəzolunmaz kotanlardandır
En götürümü 140 sm, şumlama dərinliyi 27-30 sm, 85 at gücü tələb edən 4 gövdəli asma kotan.
Moro aratri spider torpaq email texnikası 7 ayaq (diş) sayı, 60-80 sm işləmə dərinliyi, təhlükəsiz sürüşmə imkanı, parking dayağı, aşınma əleyhinə örtük və doğrayıcı rollerlərə malik texnikadır
İşləmə eni 620 sm, tələb olunan at gücü 100-dən 300-ə qədər olan rotavar hava şəraiti ilə əlaqədar şumdan sonra yarana biləcək kəltənləri əzmək və toxum üçün yumşaq torpaq qatı yaratmaq üçün nəzərdə tutulub.
Qoşqulu, Çən tutumu 2400 litr, püskürmə gücü 1-10 bar, qolların məhsula olan minimum hündürlüyü 48 sm, qolların maksimum qalxma hündürlüyü 2.24 m və işləmə eni 24 m olan dərmançiləyici.
İşləmə eni 5,3 m-ə və işləmə dərinliyi 40sm-ə qədər olan bu dərin yumşaldıcı sahələrdə torpaqda yarana biləcək kipləşmiş qatın 40 sm dərinlikdə dağıdılmasına və bitkinin normal inkişafına şərait yaradır
Bunker tutumu 12 000 litr, işləmə eni 8 m, cərgəarası 15.5 sm (45 sm cərgəarasına da nizamlamaq mümkündür), İSOBUS sistemi, toxumla birgə gübrə səpmə imkanına malik toxumsəpən. Taxıl və soya əkinlərində (45 sm cərgəarası) istifadə olunur.
Təsərrüfatda yüklərin daşınması üçün nəzərdə tutulan, qoşma və özü boşaltma xüsusiyyətinə malik qoşqu vasitəsi