close
close
Xəbərlər

“Dayaq” mükafatına layiq görüldük

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 5 illik fəaliyyəti ilə bağlı tədbir keçirilib. 
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirin açılış hissəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, İqtisadiyyat naziri Mikayıl Cabbarov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış ediblər. 
Tədbirdə rəmzi məna daşıyan və dövlətin sahibkarlara daim dayaq və dəstək göstəricisi olan “Dayaq” mükafatı “Uğurlu fermer” nominasiyası üzrə  Azərşəkər MMC-yə daxil olan Natural Aqro MMC-yə təqdim olunub. Mükafat Kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən Azərşəkər MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyevə təqdim edilib.
Qeyd edək ki, mükafat sahibkarlara bu il ilk dəfə təqdim olunub. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.

listFoto qalereya