close
close
Xəbərlər

Baş nazir Əli Əsədov "Azərşəkər" MMC-nin stendini ziyarət edib

Bu gün Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2022) sərgisi işə başlayıb.

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov,  Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi, İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri, Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini George Xanişvili və digər ölkələrin rəsmi şəxsləri Azərşəkər şirkətinin stendi ilə tanış olub.

Qeyd edək ki dünyanın 24 ölkəsini təmsil edən 450-ə yaxın şirkəti bir araya gətirən  sərgidə “Azərşəkər” şirkəti də iştirak edir.  Azərşəkər MMC ən son texnologiyalardan istifadə etməklə, Azərbaycanın müxtəlif regionlarında əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyət göstərir. Şirkət kənd təsərrrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

listFoto qalereya