close
close
Xəbərlər

“Azərşəkər” şirkəti ilə “Agrami” və “Mzuri Poland” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb

18-20 May tarixlərində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək. Dünyanın 24 ölkəsini təmsil edən 450-ə yaxın şirkəti bir araya gətirən  sərgidə “Azərşəkər” şirkəti də iştirak edir.  Azərşəkər MMC ən son texnologiyalardan istifadə etməklə, Azərbaycanın müxtəlif regionlarında əkinçilik, heyvandarlıq, bağçılıq və kənd təsərrüfatı laboratoriyası istiqamətlərində fəaliyyət göstərir. Şirkət kənd təsərrrüfatı fəaliyyəti ilə ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

3 gün ərzində davam edəcək sərgidə “Azərşəkər”, “Dastan Agro” və “Agrolab” olaraq kənd təsərrüfatında tətbiq etdiyimiz ən son suvarma və əkinçilik texnologiyalarını, hazırda qurulmaqda olan innovativ heyvandarlıq kompeksini və müasir tələblərə cavab verən laboratoriya xidmətlərimizi təqdim edəcəyik.

15-ci Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində “Azərşəkər” şirkəti ilə “Agrami” və “Mzuri Poland” şirkətləri arasında ölkəmizdə kənd təsərrüfatının inkişafı və əkinçilikdə müasir texnologiyaların tətbiqi ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb.