close
close

Vergilər üzrə mühasib

Vəzifə öhdəlikləri:

Gündəlik onlayn kargüzarlıqda daxil olan məktubların cavablandırılması;
Bütün vergi, statistika və digər dövlət qurumlarına təqdim olunan hesabatların hazırlanması və təqdim olunması, uyğunsuzluq məktublarının cavablandırılması, lazımi dövlət qurumları ilə danışıqların aparılması;
Əmək haqqı və digər işçi yönümlü hesablamaların həyata keçirilməsi;
Debitor və kreditorlarla aylıq əsasda üzləşmələrin həyata keçirilməsi;
Mütəmadi daxil olan və göndərilən elektron qaimələrin mühasibatlıq sistemində əks olunmasına nəzarət edilməsi;
Obyekt kodların alınması, qeydiyyatdan çıxarılması, NKA-ların sifariş edilməsi;
Təxirəsalınmış vergi öhdəliklərinin hesablanması;
Müxtəlif vergi məsələləri üzrə təkliflərin verilməsi;
Rəhbərliyin verdiyi digər tapşırıqlar.


Vəzifə tələbləri:

Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
Vergi mühasibi üzrə minimum 3-5 il iş təcrübəsi;
Vergi orqanları və daxili strukturlarla effektiv ünsiyyət bacarığı;
Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis və rus dilləri yaxşı;
1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.


Əlavə məlumat:

Struktur: Maliyyə departamenti
Bilavasitə tabe olduğu şəxs: Baş mühasib
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)


Maraqlanan şəxslər öz CV formalarını "Vergilər üzrə mühasib" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı