Formanı doldurun
Vəzifə öhdəlikləri:
• Təsərrüfatın gündəlik fəaliyyətini təşkil etmək və idarə etmək, o cümlədən işçilərin planlaşdırılması və kənd təsərrüfatı standarlarına riayət;
• Cari və uzun müddətli təsərrüfat planlarını hazırlamaq və həyata keçirmək;
• Əkin, biçin və məhsulların saxlanması proseslərinə nəzarət etmək və keyfiyyətin təmin edilməsi;
• Maliyyə, balans və mühasibat hesabatlarını yoxlamaq və təsərrüfatın rentabelliyini təmin etmək;
• Kənd təsərrüfatı texnikalarının və suvarma sistemlərinin işlənməsinə və təmirinə nəzarət etmək;
• Toxum, gübrə və bitki mühafizə vasitələrinin seçimi və istifadəsinə rəhbərlik etmək;
• İşçilərə gündəlik, həftəlik və aylıq tapşırıqlar vermək və onların icrasını yoxlamaq;
• Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının tətbiqinə nəzarət etmək;
• Təsərrüfat fəaliyyəti və nəticələri haqqında hesabatlar hazırlamaq;
• Bina və qurğuların, texnikaların cari və əsaslı təmirini təşkil etmək;
• Əmək mübahisələrinin həllində iştirak etmək və təsərrüfatın mənafeyini qorumaq;
• Texniki-mühəndis heyətinin işinə rəhbərlik etmək;
• Planlaşdırılan kənd təsərrüfatı obyektlərinin layihələndirlməsi və tikintisinə nəzarət etmək;
• Daxili qaydalara əmək etmək və rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Vəzifə tələbləri:
• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili-səlis,Rus dili-arzuolunandır;
• Kompüter bacarıqları: MS Office;
• Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı.
Əlavə məlumat:
• Struktur: Əməliyyatlar departamenti
• Bilavasitə tabe olduğu şəxs: Baş əməliyyat inzibatçısı
• İş yeri: Ağcabədi rayonu
• İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Maraqlanan şəxslər öz CV formalarını "Təsərrüfat rəhbəri (Ağcabədi təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı