close
close

Təmir üzrə menecer

Vəzifə öhdəlikləri:

Texniki bazalarda təmir fəaliyyətlərinin planlaşdırılması və idarə olunması;
TO-3, TO-4, diaqnostika və ağır təmir işlərinin təşkili və icrasına nəzarət edilməsi;
Təmirə daxil olan texnikanın prioritetləşdirilməsi və təmir qrafiklərinin hazırlanması;
Təmir işlərinin texniki standartlara və istehsalçı tələblərinə uyğunluğunun təmin edilməsi;
Təmir heyətinin (baş mexanik, mexanik, çilingər, qaynaqçı, elektronçu və s.) iş bölgüsünün aparılması;
Təmir sonrası texnikanın qəbul, sınaq və istismara təhvil proseslərinin təşkili;
Təkrar nasazlıqlar üzrə səbəb-nəticə analizinin aparılması və preventiv tədbirlərin görülməsi;
Texniki bazalarda avadanlıq, alət və ehtiyat hissələrinin səmərəli istifadəsinə nəzarət edilməsi;
Təmir xərcləri, texnika dayanma müddətləri və effektivlik üzrə aylıq hesabatların hazırlanması;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi;
Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

Vəzifə tələbləri:

Ali təhsil (mexanika mühəndisliyi, elektrik mühəndisliyi, energetika və ya əlaqəli sahələr);
Mexaniki və elektrik sistemləri üzrə bilik;
Texniki avadanlıqların istismarı və təmiri üzrə praktiki bacarıq;
Planlaşdırma və texniki problemlərin analizi bacarığı;
Minimum 3–5 il istismar, texniki xidmət və ya əməliyyatların idarə olunması sahəsində təcrübə;
Məsuliyyətli və operativ qərarvermə bacarığı;
Stressə davamlılıq;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada işləmək və liderlik qabiliyyəti;
Azərbaycan dili səlis, İngilis dili üstünlükdür;
ERP və texniki servis proqramları ilə işləmə üstünlükdür.

Əlavə məlumat:

Struktur: Mexanizasiya departamenti
Birbaşa tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
İş yeri: Yevlax və Beyləqan
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)


Maraqlanan şəxslər öz CV formalarını "Təmir üzrə menecer" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı