Formanı doldurun
Vəzifə öhdəlikləri:
• Aqronomun nəzarəti ilə əkin sahələrində monitorinqlərdə iştirak etmək;
• Torpaq və bitki nümunələrinin götürülməsi zamanı müşahidəçi kimi iştirak etmək və qeydiyyat aparmaq;
• Bitkilərin vəziyyəti ilə bağlı ilkin müşahidələr aparmaq və kənar hallar barədə rəhbərliyə məlumat vermək;
• Gübrə, pestisid və digər vasitələrin tətbiqi zamanı təhlükəsizlik və düzgünlük qaydalarının öyrənilməsi və tətbiqi;
• Əkin, suvarma və becərmə işlərində müşahidə aparmaq və sadə qeydiyyat formalarını doldurmaq;
• Aqronom tərəfindən tapşırılan hesabatların hazırlanmasında kömək etmək;
• Komandada əməkdaşlıq etmək, gündəlik iş planlarına riayət etmək və təcrübə müddətində aktiv iştirakçı olmaq.
Vəzifə tələbləri:
• Kənd təsərrüfatı, aqronomiya və ya bağlı sahə üzrə tələbə və ya yeni məzun;
• Sahə işlərinə maraqlı və öyrənməyə həvəsli olmaq;
• Yaxşı ünsiyyət bacarıqları və komanda ilə işləmək qabiliyyəti;
• Əsas ofis proqramlarında (Word, Excel) işləmək bacarığı arzuolunandır.
Əlavə məlumat:
• Struktur: Ağcabədi təsərrüfatı
• Birbaşa tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
• Funksional tabe olduğu şəxs: Əməliyyatlar departamenti rəhbəri
• İş yeri: Ağcabədi rayonu
• İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00)
Maraqlanan şəxslər öz CV formalarını "Təcrübəçi aqronom (Ağcabədi təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı