Formanı doldurun
Vəzifə öhdəlikləri:
Təsərrüfat üzrə suvarma planlarını hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək;
Pivot, damcılı və digər suvarma sistemlərinin işini planlaşdırmaq və əlaqələndirmək;
Suvarma operatorlarının və texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək və nəzarət etmək;
Suvarma dövrləri və qrafiklərinin icrasına nəzarət etmək, dəyişikliklər barədə rəhbərliyə məlumat vermək;
Suvarma zamanı istifadə olunan su miqdarını və təzyiq göstəricilərini izləmək və hesabat aparmaq;
Su mənbələrinin (su anbarı, nasos stansiyası və s.) vəziyyətinə texniki baxış işlərini təşkil etmək;
Suvarma sistemlərinin texniki baxım və təmir planlarını hazırlamaq və icrasını təmin etmək;
Suvarma ilə bağlı texniki və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək;
Suvarma sahəsində yenilik və texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək.
Vəzifə tələbləri:
Ali təhsil;
Suvarma sahəsi üzrə əsas anlayışlar;
Minimum 1 il iş təcrübəsi;
Operativ düşünmə və stressə davamlılıq;
Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Sahə şəraitində işləmək bacarığı;
Azərbaycan dili səlis;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Ağcabədi təsərrüfatı
Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
Birbaşa rəhbəri: Suvarma sistemləri üzrə aparıcı mütəxəssis
İş yeri: Ağcabədi rayonu, Salmanbəyli kəndi
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Suvarma üzrə mütəxəssis (Ağcabədi)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı