Formanı doldurun
Vəzifə öhdəlikləri:
• Taxılın qəbulu zamanı düzgün yönləndirilməsinə nəzarət etmək;
• Silo və anbar sistemlərinə taxılın düzgün yerləşdirilməsini təmin etmək;
• Taxılın saxlanma şəraitinə (temperatur, nəm, havalandırma) nəzarət etmək;
• Zərərvericilərə və kimyəvi çirklənməyə qarşı qorunma tədbirlərini həyata keçirmək;
• Taxılın qəbulu və emalı zamanı sort qarışıqlığının qarşısını almaq;
• Axış xətlərinin və daşıma sistemlərinin vaxtında təmizlənib dezinfeksiyasına nəzarət etmək;
• Qəbul edilən taxılın nəmlik dərəcəsini standartlara uyğun yoxlamaq, uyğunsuzluq halında məsul şəxslərə məlumat vermək;
• İdarəetmə otağında və ərazidə olan mexanizm, konveyer və digər avadanlıqların işlək vəziyyətinə nəzarət etmək;
• Avadanlıqların vaxtında təmizlənməsini və texniki qulluqunun edilməsini təmin etmək;
• Elektrik panolarının təmiz və təhlükəsiz saxlanmasını təmin etmək;
• Avtomatik idarəetmə sistemlərinin düzgün işləməsinə nəzarət etmək.
Vəzifə tələbləri:
• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
• MS Office istifadə bacarığı (Word, Excel, Power Point), 1 C;
• Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.
Əlavə məlumat:
• Struktur: Ağcabədi təsərrüfatı
• Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri
• İş yeri: Ağcabədi rayonu, Avşar kəndi
• İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Silo operatoru (Ağcabədi təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı