Formanı doldurun
Vəzifə öhdəlikləri:
Satış strategiyasının hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
Aylıq, rüblük və illik satış planlarını hazırlamaq və yerinə yetirilməsinə nəzarət etmək;
Mövcud müştəri bazasını idarə etmək və yeni müştərilərin cəlb olunmasını təmin etmək;
Müştərilərlə danışıqlar aparmaq, müqavilələrin hazırlanmasında iştirak etmək;
Satış göstəricilərini təhlil etmək və rəhbərliyə hesabat təqdim etmək;
Qiymət siyasətinin və endirim mexanizmlərinin tətbiqinə nəzarət etmək;
Debitor borclarının vaxtında yığılmasına nəzarət etmək;
Məhsulların anbara qəbulu, saxlanması və göndərilməsi prosesini təşkil etmək;
Çatdırılma marşrutlarını planlaşdırmaq və nəzarətdə saxlamaq;
Nəqliyyat vasitələrinin effektiv istifadəsini təmin etmək;
Anbar qalığını və inventar hərəkətini izləmək;
Logistika xərclərini analiz etmək və optimallaşdırma təklifləri vermək;
Təchizatçılar və daşıyıcı şirkətlərlə əməkdaşlığı koordinasiya etmək;
Gecikmə və itkilərin qarşısını almaq üçün nəzarət mexanizmləri tətbiq etmək;
Satış və logistika əməkdaşlarının fəaliyyətini koordinasiya etmək;
KPI və performans göstəricilərini müəyyən etmək və icrasını izləmək;
İş proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
Daxili intizam və prosedurlara riayət olunmasına nəzarət etmə.
Vəzifə tələbləri:
Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə olunması, Marketinq və ya əlaqəli sahə);
Satış və ya logistika üzrə minimum 3-5 il iş təcrübəsi;
Təchizat zəncirinin idarə olunması sahəsində praktiki bilik;
Anbar uçotu və inventar nəzarəti;
Müqavilələrin hazırlanması və icrası, qiymət formalaşdırma prinsipləri;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis və rus dilləri yaxşı;
1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Kommersiya, Satış və Marketinq departamenti
Bilavasitə tabe olduğu şəxs: Kommersiya departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Son müraciət tarixi: 25.03.2026
Maraqlanan şəxslər öz CV formalarını "Satış və ixrac üzrə baş mütəxəssis" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı