Formanı doldurun
Vəzifə öhdəlikləri:
Mövsümi və operativ mexaniki işlərin planlaşdırılması:
İllik, rüblük və həftəlik mexaniki sahə işlərinin planını hazırlayır;
Əkin sahələri, bitki növləri və texnoloji kartların tələblərinə uyğun iş həcmlərini müəyyən edir;
Heyyət üçün gündəlik operativ tapşırıqları formalaşdırır.
Texnika və resursların bölgüsü:
Hər bir əməliyyat üçün tələb olunan traktor, kombayn, qoşqu və aqreqat sayını müəyyən edir;
Texnika parkının növbələr üzrə yüklənmə planını tərtib edir;
Mexanizatorların, operatorların və texniki xidmət heyətinin bölgüsünü əlaqələndirir.
Sahə işlərinin gedişatına nəzarət və koordinasiya:
Texnoloji kartlara uyğun olaraq sahə işlərinin vaxtında başlanması və tamamlanmasını təmin edir;
Aqronomlar, mexanizatorlar və mühəndis-texniki xidmət arasında qarşılıqlı əlaqəni təşkil edir;
İşlərin keyfiyyət göstəricilərinə nəzarət edir.
Texnoloji kartların icrasına nəzarət:
Texnoloji əməliyyatların tam icrasını – müddətlər, dərinliklər, gübrə və pestisid norması, səpin və yığım parametrləri – yoxlayır;
Sahədə keyfiyyət nəzarəti ölçmələri aparır.
Sahə proseslərinin logistikasının təşkili:
Texnikanın marşrutlarını planlaşdırır və daşınmasını təşkil edir;
Yardımçı texnikanın hazır vəziyyətdə olmasını təmin edir.
GPS və telemetriya monitorinqi:
Tapşırıqların icrasını GPS və CAN-telemetriya ilə izləyir;
İş vaxtı, dayanma, sürət və yanacaq sərfiyyatını təhlil edir;
Normadan kənar halları aşkar edir.
Texnikanın sahəyə çıxışa hazırlığı:
Aqreqatların komplektliyini və işçi orqanların vəziyyətinə nəzarət edir;
Səpin, çiləmə və biçin avadanlıqlarının sazlanmasına nəzarət edir;
Qoşulan və asılan alətlərin texniki vəziyyətinə nəzarət edir.
Hesabatların hazırlanması:
Günlük və həftəlik hesabatlar tərtib edir;
Məhsuldarlıq və faktiki göstəriciləri təhlil edir;
Hektar əməliyyatlarının maya dəyərini hesablayır.
Təhlükəsizlik tələblərinə nəzarət:
İşlərin təhlükəsizlik standartlarına uyğunluğunu təmin edir;
Mexanizatorların təlimatlandırılmasını təşkil edir.
Vəzifə tələbləri:
Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Torpaqşünaslıq, Bitki mühafizəsi, Menecment və ya əlaqəli sahə)
Müvafiq sahə üzrə əlavə sertifikatlar arzuolunandır
Aqrar sahədə minimum 3–5 il iş təcrübəsi
Sahə işlərinin planlaşdırılması və koordinasiyası üzrə təcrübə
Böyük təsərrüfat və ya çoxşaxəli sahə əməliyyatlarının idarə olunması təcrübəsi üstünlükdür
Əkin planlaması və mövsümi iş qrafiklərinin hazırlanması
Texnika və işçi qüvvəsinin effektiv bölgüsü
Operativ düşünmə və stressə davamlılıq
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Ali təhsil (Aqronomluq, Aqrar mühəndislik, Torpaqşünaslıq, Bitki mühafizəsi, Menecment və ya digər əlaqəli ixtisaslar üzrə);
Müvafiq sahə üzrə əlavə sertifikatların olması arzuolunandır;
Aqrar sahədə minimum 3–5 il iş təcrübəsi;
Sahə işlərinin planlaşdırılması və koordinasiyası sahəsində təcrübə;
Böyük təsərrüfatların və ya çoxşaxəli sahə əməliyyatlarının idarə olunması təcrübəsi üstünlük hesab olunur;
Əkin planlarının hazırlanması və mövsümi iş qrafiklərinin tərtib edilməsi bacarığı;
Texnika və işçi qüvvəsinin səmərəli bölgüsünü təmin etmə bacarığı;
Operativ düşünmə və stressə davamlılıq;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətlə icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək və yüksək məsuliyyətlilik;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
Microsoft Office proqramlarında sərbəst istifadə bacarığı.
Əlavə məlumat:
Struktur: Aqrar əməliyyatlar bloku, Mexanizasiya departamenti
Bilavasitə tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
İş yeri: Yevlax, Beyləqan
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Sahə işlərinin planlaşdırılması və təşkili üzrə aparıcı mütəxəssis" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı