close
close

Mühasib (Ağcabədi)

Vəzifə öhdəlikləri:
Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsi;
Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
Mal-materialların , əsas vəsaitlərin və digər qiymətlilərin uçotunun aparılması və nəzarət edilməsi;
Təhtəlhesab şəxslər üzrə heşablaşmaların uçotunun aparılması;
Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək və Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək;
E-qaimə fakturalarının göndərilməsi və təqdim edilmiş E-qaimələrlə birlikdə alış sənədlərin 1C sisteminə işlənilməsi;
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
Ayın bağlanmasında bütün əməliyyatların 1C sisteminə daxil edilməsi və yoxlanılması;
Öz işində sahib olduğu peşəkar bilik və bacarıqların tətbiq edilməsi 10. Təsərrüfat üzrə ümumi mühasibat uçotunun aparılması və sənədləşmənin qanunvericiliyə əsasən düzgün yerinə yetirilməsi.

Vəzifə tələbləri:
Ali təhsil (maliyyə, mühasibat və ya iqtisadiyyat sahəsində);
Mühasibat uçotu üzrə ən azı 1 il iş təcrübəsi;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi;
1C/ERP sistemində işləmək bacarığı.
 
Əlavə məlumat:

Struktur: Ağcabədi təsərrüfatı
Birbaşa tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
Funksional tabe olduğu şəxs: Baş mühasib
İş yeri: Ağcabədi rayonu, Salmanbəyli kəndi
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)    
Son müraciət tarixi: 26.03.2026    

Maraqlanan şəxslər öz CV formalarını "Mühasib - Ağcabədi" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
 
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.   


 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı