close
close

Maliyyə departamentinin rəhbəri

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

 

Vəzifə öhdəlikləri:
Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi; 
Müxtəlif maliyyə hesabatlarının yoxlanması və hazırlanmasında yaxından iştirak; 
Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması; 
Xərclərin təhlili və layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak;
Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;
Sistem üzərində nəzarət mexanizmlərinin qurulması və mövcud sistemin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması;
Yeni mühasibatlıq, mal material, əsas vəsait və maliyyə prosedurlarının və nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;
Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;
ERP sisteminin qurulması və texniki komandaya rəhbərlik;
Üst rəhbəri tərəfindən verilən tapşırıqların zamanında dəqiqi və düzgün yerinə yetirməlidir.


Vəzifə tələbləri:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Magistr dərəcəsi üstünlükdür; 
ACCA, CIMA, CFA, DipIFR və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür; 
Maliyyə, büdcə planlaşdırılması, maliyyə nəzarəti və ya korporativ maliyyə sahəsində minimum 5 il, o cümlədən rəhbər və ya aparıcı vəzifədə ən azı 2 il iş təcrübəsi; 
İllik büdcənin hazırlanması, konsolidasiyası, icrasına nəzarət, büdcə-fakt təhlili və forecast/rolling forecast üzrə praktiki təcrübə; 
Maliyyə modelləşdirilməsi, proqnozlaşdırma, ssenari təhlili və investisiya layihələrinin maliyyə qiymətləndirilməsi üzrə güclü bilik; 
P&L, Balance Sheet və Cash Flow hesabatlarının hazırlanması və təhlili, həmçinin IFRS və idarəetmə hesabatlılığı üzrə bilik və təcrübə; 
Xərc və rentabellik təhlili, cash flow, likvidlik, dövriyyə kapitalı və maliyyə risklərinin idarə olunması üzrə təcrübə; 
Maliyyə və biznes KPI-larının müəyyən edilməsi, monitorinqi və nəticələrin rəhbərliyə təqdim edilməsi bacarığı; 
Audit, vergi, daxili maliyyə nəzarəti və maliyyə prosedurları üzrə bilik və təcrübə; 
ERP sistemləri və MS Excel ilə yüksək səviyyədə işləmək bacarığı; 
Güclü analitik və strateji düşünmə, qərarvermə, komanda idarəetməsi və funksiyalararası əməkdaşlıq bacarığı; 
Yüksək məsuliyyətlilik, dəqiqlik, məxfilik, təşəbbüskarlıq, nəticəyönümlülük və liderlik keyfiyyətləri; 
Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi üstünlükdür.


Əlavə məlumat:
İşəgötürən: Eden Agro MMC
Struktur: Maliyyə departamenti
Birbaşa rəhbər: Baş maliyyə inzibatçısı
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)


Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.


Maraqlanan şəxslər öz CV formalarını "Maliyyə departamentinin rəhbəri" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına göndərə bilərlər.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı