Formanı doldurun
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Əlavə məlumat:
İşəgötürən: Eden Agro MMC
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Birbaşa rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
İş yeri: Oğuz rayonu
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Vəzifə öhdəlikləri:
ISO/IEC 17025 standartının tələblərini bilməli;
Laboratoriyanın fəaliyyət sahəsi üzrə qüvvədə olan qanunvericiliyi, normativ sənədləri, metodiki göstərişləri və sınaq metodlarını bilməli;
Kimyəvi reagentlər, məhlullar və laboratoriya preparatlarından təhlükəsiz istifadə qaydalarını bilməli;
Laboratoriya avadanlıqları, ölçü cihazları və analiz qurğularının işləmə prinsiplərini və istismar qaydalarını bilməli;
Laboratoriya analizlərinin planlaşdırılması, təşkili və nəticələrinin qiymətləndirilməsi sahəsində biliklərə malik olmalı;
Laboratoriyada keyfiyyət təminatı və keyfiyyətə nəzarət (QA/QC) prinsiplərini bilməli;
Laboratoriya sənədlərinin hazırlanması və idarə olunmasını bilməli;
Kalibrləmə, verifikasiya və cihazların texniki xidmət proseslərini bilməli;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və kimyəvi təhlükəsizlik qaydalarını bilməli;
MS Office proqramlarını və laboratoriya məlumatlarının idarə edilməsi sistemlərini (LIMS və ya 1C/ERP) istifadə etməyi bacarmalı.
Vəzifə tələbləri:
Ali təhsil (Kimya, Kimya mühəndisliyi, Qida mühəndisliyi, Biologiya və ya digər uyğun ixtisas);
ISO/IEC 17025 standartı üzrə bilik və ya sertifikat;
Laboratoriya sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
Laboratoriya avadanlıqları və müasir analiz metodları ilə işləmək bacarığı;
Analitik düşünmə və problemlərin həlli bacarığı;
Komandanın idarə olunması və işin təşkili bacarığı;
Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı;
MS Office və 1C/ERP (və ya LIMS) proqramlarından sərbəst istifadə bacarığı.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
Maraqlanan şəxslər öz CV formalarını "Laboratoriya üzrə menecer (Oğuz)" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına 10.08.2026 tarixinə qədər göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı