Formanı doldurun
Vəzifə öhdəlikləri:
Komanda üzvü qismində səmərəli çalışır, öhdəlikləri bölüşür, komanda üzvləri ilə daimi təmasda olaraq təcrübə mübadiləsi aparır;
Nəzarət mexanizmlərində çatışmazlıqları, qanunvericiliyin, daxili prosedur və qaydaların pozulmalarını aşkar etmək məqsədi ilə müvafiq məlumatı toplayaraq analiz edir;
Biznes proseslər haqqında məlumat toplayır və biznes proseslərin analizində iştirak edir;
Nəzarət mexanizmlərinin işlək olmasının təsdiqi məqsədi ilə audit prosedurları olan test və müsahibə üsulunu həyata keçirir;
Məlumatın test üsulu ilə yoxlanılmasını həyata keçirir;
Audit yoxlamalarının nəticələrini Daxili audit şöbəsinin standartlarına uyğun olaraq sənədləşdirir;
Mühasibat sistemlərinin effektivliyi və səmərəliyini, eləcə də qəbul olunmuş mühasibat prosedurlarının təcrübədə tətbiq olunub-olunmamasını yoxlayır;
Daxili Audit şöbəsində özündən yuxarı vəzifədə çalışan əməkdaşların tapşırıqlarını yerinə yetirir.
Vəzifə tələbləri:
Biznesin idarə edilməsi, Maliyyə, Mühasibatlıq və ya digər oxşar sahə üzrə Ali təhsil Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
Biznes proseslərin analizi metodlarının tətbiqi;
Test üsulundan istifadə edərək məlumatın yoxlanılması bacarığı;
Müsahibələrin keçirilməsi bacarığı;
Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
Problemləri həll etmə bacarıqları;
Komanda daxilində fəaliyyət göstərmək bacarığı;
Stress altında çalışmaq bacarıqları;
Azərbaycan, İngilis səlis (Rus dili – Arzu olunandır).
Əlavə məlumat:
Struktur: Daxili audit departamenti
Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Maraqlanan şəxslər öz CV formalarını "Kiçik auditor" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı