Formanı doldurun
Vəzifə öhdəlikləri:
Əkin, gübrələmə, suvarma, dərmanlama və digər aqrotexniki tədbirlər üzrə toplanan məlumatların gündəlik, həftəlik və mövsümi qaydada qeydiyyatının aparılmasına yardımçı olmaq;
Müvafiq rəhbərin göstərişi və nəzarəti ilə torpaq, su və bitki analizlərinin nəticələrini işləyib təhlil etmək;
Əkin sahələrinin məhsuldarlıq göstəricilərini əvvəlki illərin nəticələri ilə müqayisəli analizini aparmaq üçün fəaliyyətlər göstərmək;
Bitkilərin inkişaf mərhələləri, xəstəlik/zərərverici müşahidələri və tədbirlərin effektivliyi barədə statistik məlumatları toplamaq;
Aqrar fəaliyyətlə bağlı rəqəmsal platformalarda (ERP, MS Excel və s.) məlumatların düzgün və tam şəkildə daxil olunmasını təmin etmək.
Vəzifə tələbləri:
Müvafiq sahə üzrə ali təhsil;
Azərbaycan dili səlis, ingilis dili arzu olunandır;
MS Office (Word, Excel, Power Point) proqramlarında işləmək bacarığı.
Əlavə məlumat:
Struktur: Əməliyyatlar departamenti
Bilavasitə tabe olduğu şəxs: Aqronom məsləhətçi
İş yeri: Yevlax rayonu
İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Kiçik aqronom (Yevlax təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı