Formanı doldurun
Vəzifə öhdəlikləri:
• Əkin sahələrində gündəlik müşahidələr aparmaq və aqronoma yazılı məlumat təqdim etmək;
• Xəstəlik, zərərverici və alaq otlarının ilkin əlamətlərini vaxtında aşkar edərək qeydiyyatını aparmaq;
• Gübrə, pestisid və digər aqrokimyəvi vasitələrin düzgün tətbiqinə nəzarət etmək və istifadə göstəricilərini toplamaq;
• Sahələrdə suvarma işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək;
• Texnoloji xəritələrin icrasını müşahidə etmək və uyğunsuzluqları rəhbərliyə bildirmək;
• Bitki inkişaf mərhələlərinə uyğun yemləmə və qulluq tədbirlərinə dəstək vermək;
• Anbar və sahə arasında material axınının (gübrə, toxum və s.) qeydiyyatına dəstək olmaq;
• Ay ərzində görülən işlərlə bağlı sadə formatda hesabatların hazırlanmasına yardımçı olmaq;
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit qaydalarına əməl etmək.
Vəzifə tələbləri:
• Kənd təsərrüfatı və ya aqronomiya üzrə texniki və ya ali təhsil (kollec və ya bakalavr səviyyəsi);
• Əkinçilik sahəsində minimum 6 ay – 1 il praktiki təcrübə (təcrübə dövrü daxil olmaqla);
• Müşahidəçilik, qeydiyyat və hesabat hazırlama bacarığı;
• Komanda ilə işləmə, təşəbbüskarlıq və məsuliyyətlilik.
Əlavə məlumat:
• Struktur: Ağcabədi təsərrüfatı
• Birbaşa tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
• Funksional tabe olduğu şəxs: Əməliyyatlar departamenti rəhbəri
• İş yeri: Ağcabədi rayonu
• İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00)
Maraqlanan şəxslər öz CV formalarını "Kiçik aqronom (Ağcabədi təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı