close
close

Kiçik anbardar (Şəmkir təsərrüfatı)

Vəzifə öhdəlikləri:

  • Anbarda yükləmə-boşaltma işlərinə nəzarət etmək;
  • Anbarlara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Malların anbarda səliqəli və müvafiq qayadalara uyğun olaraq yığılmasını təmin etmək;
  • Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək;
  • Anbarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
  • Anbarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
  • Anbara boşalan malların yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək;
  • Anbarda olan mal-materialın təhlükəsizliyini və anbardan buraxılan və anbara daxil olan mal-materialın gəlir-çıxar sənədləri üzrə qeydiyyatını 1C ERP sistemində təmin etmək;
  • Rəhbərlik tərfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

Vəzifə tələbləri:

  • Ali təhsil (İqtisadiyyat və maliyyə ixtisasları üzrə olması arzuolunandır);
  • Müvafiq sahədə iş təcrübəsi: (arzuolunandır);
  • MS Office istifadə bacarığı (Word, Excel ), 1 C;
  • Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.

Əlavə məlumat:

  • Struktur: Anbarların idarəedilməsi şöbəsi
  • Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri
  • İş yeri: Şəmkir ray., İskəndərli kəndi
  • İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
  • Son müraciət tarixi: 11.03.2025

Maraqlanan şəxslər öz CV formalarını "Kiçik anbardar (Şəmkir təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.


Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı