Formanı doldurun
Vəzifə öhdəlikləri:
Təsərrüfatda aparılan aqrotexniki tədbirlərin keyfiyyətinin yoxlanılması və qeydiyyatı, uyğunsuzluqların müəyyən edilib rəhbərliyə və proses sahibinə məlumat verilməsi və qeydiyyatının aparılması;
Sahələrdə gündəlik monitorinqlərin aparılması;
Keyfiyyətə nəzarət planına uyğun lazımı tədbirlərin aparılmasın təşkil etmək, standartdan kənara çıxmalar olduqda prosesi durdurmaq və cavabdeh şəxslərə bildirmək;
Təsərrüfata qəbul olunan mal-materialın (gübrə ,toxum, dərman və. s) qəbulu zamanı keyfiyyət dəyərlərini yoxlamaq, qəbul rəyini vermək;
Texnikaların, nasosların və pivotların texniki qulluqlarının tərtib olunmuş qrafiklərə uyğun aparılmasını yoxlamaq;
Həftəlik olaraq anbarlarda malların düzgün şəraitdə saxlanılması və istifadə müddətlərinə nəzarət etmək və qeydiyyatını aparmaq;
Günlük aparılan monitorinqləri raport halında göndərmək;
Mövsüm bitdikdən sonra İl ərzində təsərrüfatda qeydə alınan uyğunsuzluqlar və onların həlli istiqamətində görülən tədbirlər haqqında təqdimat hazırlamaq.
Vəzifə tələbləri:
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dili səlis, ingilis və rus dilləri arzu olunandır;
Ofis proqramları (word, excel, outlook).
Əlavə məlumat:
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
Funksional rəhbər: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
İş yeri: Ağcabədi, Yevlax, Şəmkir təsərrüfatları
İş qrafiki: 6 günlük iş həftəsi ( həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı