close
close

Keyfiyyət üzrə menecer - laboratoriya

Vəzifə öhdəlikləri:
•    Laboratoriyada keyfiyyət yoxlamaları edə biləcək texniki məlumat və bacarığa sahib olmaq, Keyfiyyət Rəhbərlik Sistemlərinin tətbiq texnikasını bilmək və bu mövzuda təcrübəli olmaq;
•    Laboratoriyada keyfiyyət yoxlamaları edə biləcək texniki məlumat və bacarığa sahib olmaq;
•    Şöbənin işini qarşılıqlı güvən, diqqət, fikirlərə önəm vermək,davranışlarda etik normalara uymaq, güvənlik, keyfiyət prinsipləri istiqamətində təşkil etmək;
•    Yaxşı bir araşdırıcı, müşahidəçi olmalı, mövzulara işıq tuta biləcək yanaşmalar sərgiləyə bilməli;
•    Müəssisə Laboratoriyalarında və KN bölümləri üçün lazımli cihaz ,avadanlıqların, standartların və digər ehtiyacların təmin edilməsini təşkil etmək;
•    Keyfiyyət idarəetmə sistemlərinin tətbiqi və davamlı təkmilləşdirilməsi;
•    ISO və digər standartlara uyğunluğun təmin edilməsi;
•    Müntəzəm daxili auditlərin keçirilməsi;
•    Uyğunsuzluqların aşkarlanması və düzəliş tədbirlərinin planlaşdırılması;
•    Laboratoriya prosedurlarının hazırlanması;
•    Analitik hesabatların rəhbərliyə təqdim edilməsi;
•    İşçilərə standartlar və keyfiyyət prosedurları üzrə təlimlərin keçirilməsi.

Vəzifə tələbləri:
•    Ali təhsil (mühəndislik, qida sənayesi, kimya,biologiya, idarəetmə və s.);
•    Laboratoriyada Keyfiyyətin idarə edilməsi üzrə sertifikatlar şərtdir ( İSO 17025);
•    Minimum 2 il laboratoriya keyfiyyət idarəetməsi sahəsində təcrübə;
•    Şöbələrarası koordinasiya və rəhbərliklə effektiv ünsiyyət;
•    Məsuliyyətli və diqqətli olmaq, komanda ilə işləmək bacarığı;
•    Rus dili, İngilis dili (texniki sənədlərlə işləmək üçün üstünlükdür);
•    1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.

 
Əlavə məlumat:
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Bilavasitə tabe olduğu şəxs: Baş laborant
İş yeri: Yevlax rayonu
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00)
Son müraciət tarixi: 05.03.2026    
  

Maraqlanan şəxslər öz CV formalarını "Keyfiyyət üzrə menecer - laboratoriya" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.


 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı