close
close

İstismar üzrə menecer

Vəzifə öhdəlikləri:

Kənd təsərrüfatı texnikalarının təsərrüfatlarda gündəlik istismar fəaliyyətinin planlaşdırılması və təşkili;
Gündəlik istismar qrafiklərinin hazırlanması, texnikanın iş saatlarının və marşrutlarının izlənilməsi;
TO-1 və TO-2 texniki baxımlarının vaxtında və düzgün icrasına nəzarət edilməsi;
Texnikada yaranan nasazlıqların operativ aşkar olunması və Təmir şöbəsinə rəsmi şəkildə yönləndirilməsi;
İstismar heyətinin (mexanizator, traktorçu və s.) fəaliyyətinə nəzarət edilməsi;
Texnikanın istismarı zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi;
Yanacaq sərfiyyatı, texnika boşdayanma halları və istismar səmərəliliyinin monitorinqi;
İstismar fəaliyyəti üzrə gündəlik, aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Təsərrüfat rəhbərləri və aidiyyəti struktur bölmələrlə koordinasiyanın aparılması;
Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

Vəzifə tələbləri:

Ali təhsil (mühəndislik, mexanika, energetika, sənaye idarəetməsi və ya əlaqəli sahələr);
Texniki ixtisas üzrə sertifikatlar;
Minimum 3–5 il istismar, texniki xidmət və ya əməliyyatların idarə olunması sahəsində təcrübə;
İstehsalat, aqropark, logistika və ya sənaye müəssisələrində iş təcrübəsi
Məsuliyyətli və operativ qərarvermə bacarığı;
Stressə davamlılıq;
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komandada işləmək və liderlik qabiliyyəti;
Azərbaycan dili səlis, İngilis dili üstünlükdür;
MS Office proqramları (Excel, Word), ERP və texniki servis sistemləri.

Əlavə məlumat:

Struktur: Mexanizasiya departamenti
Birbaşa tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
İş yeri: Yevlax və Beyləqan
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)


Maraqlanan şəxslər öz CV formalarını "İstismar üzrə menecer" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı