close
close

İnsan Resursları əməliyyatları üzrə təcrübəçi

Vəzifə öhdəlikləri:
•    İnsan Resursları və İnzibati işlər departamentinin ümumi işlərində köməklik göstərmək;
•    İnsan Resurslarının əməliyyat proseslərində iştirak etmək;
•    İşçilərin işə qəbulu, işdən çıxarılması ilə bağlı sənədlərin hazırlanmasında köməklik göstərmək;
•    İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişiklikləri mütəmadi izləmək;
•    İşçilərin iş qrafiki üzrə  davamiyyətlərinin yoxlanılması və müvafiq qeydlərin aparılması;
•    Müsahibələri təşkil etmək və nəticələri namizədlərlə bölüşmək;
•    Digər İnsan Resursları Layihələri və tədbirlərində iştirak etmək.


Vəzifə tələbləri:
•    Ali təhsil (müvafiq sahə üzrə);
•    MS Office istifadə bacarığı (Word, Excel, Power Point); 
•    Azərbaycan dili-səlis, yaxşı səviyyədə ingilis dili biliyi tələb olunur.
 
Əlavə məlumat:
•    Struktur: İnsan Resursları və İnzibati işlər Departamenti
•    Bilavasitə tabe olduğu şəxs: İnsan Resursları və inzibati işlər departamentinin rəhbəri
•    İş yeri: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 93, BEGOC Biznes Mərkəzi
•    İş qrafiki: 5 günlük iş həftəsi  (həftə içi saat 09:00-18:00) 
•    Son müraciət tarixi:23.07.2025


Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə təcrübəçi) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq
 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı