Formanı doldurun
Vəzifə öhdəlikləri:
Müəssisə Resurslarının Planlaşdırılması (MRP) layihəsi çərçivəsində struktur vahidləri ilə görüşlər keçirmək;
MRP layihəsi çərçivəsində sistemin sınaqdan keçirilməsi;
MRP bazasını idarə etmək iş vaxtı verilən məsələləri həll etmək, hesabatlılıq və s.;
Alt qurumların MRP həllinə inteqrasiyasında fəal iştirak və nəzarət etmək;
Avtomatlaşdırılmış biznes proseslərin dayanıqlı və təhlükəsiz işləməsinə köməklik etmək;
Data idarəetmə təcrübəsinin tətbiqinə köməlik etmək (data təhlükəsizliyi, data arxitekturası, data mübadiləsi, data analizi);
MRP sistemin verilənlər bazasının informasiyasının bütövlüyü, etibarlılığı və təhlükəsizliyinə dəstək etmək;
Əməkdaşların MRP həllindən səmərəli istifadə etmələrinə dəstək göstərmək;
İnformasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görmək;
Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;
Üçüncü tərəf 1C dəstək şirkətlərlərinə tapşırıqların ötürülməsi və təhvil alınması prosesində iştirak etmək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək.
Vəzifə tələbləri:
Ali təhsil;
Minimum 1 (bir) il iş təcrübəsi;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili və Rus dili – səlis, İngilis dili yaxşı;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Maliyyə Departamenti
Bilavasitə tabe olduğu şəxs: Maliyyə Departamentinin rəhbəri
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Maraqlanan şəxslər öz CV formalarını "ERP üzrə mütəxəssis" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı