Formanı doldurun
Vəzifə öhdəlikləri:
Elektrotexniki sxemlərin istismarı və quraşdırılması qaydalarını bilməli;
Avadanlıqları və alətləri saz və işçi vəziyyətdə saxlamalı;
Qüvvədə olan normalara uyğun geyimdə və zəruri mühafizə vasitələrində işləməli;
Xidmət etdiyi sexin elektrik avadanlıqlarını etibarlı, səmərəli və fasiləsiz iş rejimi ilə təmin etməli;
Verilən göstərişləri vaxtında nümunəvi və yoxlama cihazları, alət və ləvazimatlarla yerinə yetirməli;
Texniki istismar və təhlükəsizlik qaydalarina riayət etməli, öz peşə səviyyəsini daim yüksəltməli, əmək və istehsalat intizamına riayət etməli;
Tanış olmayan işi yerinə yetirməzdən qabaq bilavasitə Baş Energetikdən bu işin təhlükəsiz yerinə yetirilməsi barədə təlimat tələb etməli;
Baş Energetikin göstərişi olmadan təsərrüfatın elektrik təchizatı sxemində hər hansı bir əməliyyatı yerinə yetirməməli;
Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planını bilməli və tətbiq etməli.
Vəzifə tələbləri:
Müvafiq sahə üzrə texniki-peşə təhsilli;
Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
Elektrotexnikanın əsaslarını bilməlidir.
Əlavə məlumat:
Struktur: Əməliyyatlar departamenti;
Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri;
İş yeri: Füzuli rayonu, Qayıdış qəsəbəsi;
İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00; Şənbə günü 09:00-13:00);
Nahar: Müəssisə tərəfindən qarşılanır;
Nəqliyyat: Müəssisə tərəfindən qarşılanır;
Son müraciət tarixi: 11.12.2024.
Maraqlanan şəxslər öz CV formalarını "Elektrik" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı