Formanı doldurun
Vəzifə öhdəlikləri:
Ehtiyat hissələrinin müxtəlif mənbələrdən (internet, kataloq, B2B platformalar və dilerlərdən) kodlarını müəyyən edir, hissələrin modellərə uyğunluğunu yoxlayır, orijinal və analoji hissələri araşdırır, hissələrin orijinallığını kodla yoxlayır;
Satınalma üçün texniki tapşırıq və sifariş tələbi formalaşdırır, bütün məlumatları daxil edir: kataloq kodu, miqdar, texnika modeli, təsvirlər;
ERP sistemi üzərindən rəsmi sifariş yaradır;
Zəruri ehtiyat hissələrinin plan siyahısını tərtib edir, sifarişlərin prioritetlərini, mövsümi tələb və istehlak normasını müəyyən edir, kritik ehtiyatların siyahısını hazırlayır;
Keçmiş illərin təmir və TQ tarixçəsini təhlil edir, illik ehtiyat hissələri planını hazırlanmasında iştirak edir;
Səpin, becərmə, yığım və payız mövsümləri üçün ehtiyat siyahısı hazırlayır, filtr, yağ, kəmər, hidravlik şlanq, podşipnik, işçi orqanlar üzrə ehtiyacları planlaşdırır;
ERP-də anbar qalıqlarını izləyir, minimum və maksimum ehtiyat səviyyələrini müqayisə edir;
Baş mexanik ,mexanik və anbardarla işləyir, bölmələrdən ehtiyat hissəsi tələblərini toplayır;
Ehtiyat hissəsinin uyğunluğunu texniki parametrlərlə yoxlayır, ölçü, təzyiq, uzunluq, güc və digər parametrləri dəqiqləşdirir;
Sifarişlərin çatdırılma vaxtını izləyir, logistikanı və təchizatçıların icrasını monitorinq edir;
Təkrar nasazlıqlar, material sərfiyyatı, qiymət tendensiyalarını təhlil edir, hesabatlar hazırlayır;
Ehtiyat hissələrini qruplara ayırır (kritik ehtiyat, mövsümi ehtiyat, cari istismar ehtiyatı, TO ehtiyatı).
Vəzifə tələbləri:
Tam orta təhsil (ali təhsil arzuolunandır);
İş sahəsi üzrə əsas anlayışlar;
Operativ düşünmə və stressə davamlılıq;
Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Mərkəzi texniki baza
Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri
İş yeri: Yevlax
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı