close
close

Dispetçer

Vəzifə öhdəlikləri:

 

Traktorçuların, ekskovatorçuların və kombayn sürücülərinin gündəlik iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;

Texnikaların və aqreqatların GPS və digər izləmə sistemlərinin köməyi ilə başlanğıc məntəqədən son məntəqəyə kimi real vaxt ərzində hərəkətini izləmək, onların hərəkətini koordinasiya edərək optimal marşrut xətlərinin hazırlamaq;

Kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin göndərilməsinə və sahədən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin sahədən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbər şəxsə məlumat vermək;

Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;

Ekskavatorçular, traktorçular və kombayn sürücüləri ilə hesabat aparmaq və tapşırıqları çatdırmaq;

Ekskavatorçular, traktorçular və kombayn sürücülərinə mütəmadi dərslərin keçirilməsini təşkil etmək, iş öncəsi riskləri qiymətləndirərək onlara bu barədə lazımi təlimatlar vermək və onların təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;

Ekskavatorçular, traktorçular və kombayn sürücülərinin sahədən mütəmadi məlumat ötürməsini təmin etmək və rəhbərliyə vaxtı vaxtında məlumat vermək, problem yarandıqda sürücülərə təlimat verərək onların koordinasiyasını təmin etmək;

Texnikalar və aqreqatlara mütəmadi olaraq mexanik və təmirçi çilingərlərlə birlikdə baxış keçirmək və aşkarlanmış nöqsanlar barədə rəhbərliyə məlumat vermək;

Texniki xidmətlərin texniki baxış qrafiklərinə uyğun edilməsinə nəzarət etmək;

Yanacaq sərfi haqqında gündəlik və aylıq iş hesabatları hazırlamaq, texnikanın və aqreqatın iş məhsuldarlığını qeydiyyata almaq və bu məlumatları sistemə daxil etmək;

Texnikaların və aqreqatların boşdayanmalarının qarşısını alaraq yanacaqdan və iş saatından səmərəli istifadə etmək;

Kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin cərimələrinə nəzarət etmək və cərimənin səbəbini analiz etmək;

Kənd təsərrüfatı texnikalarında və yük avtomobillərində baş verə biləcək nasazlıqlarla bağlı mexanikə məlumat vermək.

 

 

Vəzifə tələbləri:

 

Tam orta təhsil (ali təhsil arzuolunandır);

İş sahəsi üzrə əsas anlayışlar;

Operativ düşünmə və stressə davamlılıq;

Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;

Azərbaycan dili səlis;

Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

 

 

Əlavə məlumat:

 

Struktur: Mərkəzi texniki baza

Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri

İş yeri: Yevlax təsərrüfatı

İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

 

 

Maraqlanan şəxslər öz CV formalarını "Dispetçer" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

 

 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı