Formanı doldurun
Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.
Vəzifə öhdəlikləri:
Müəssisənin illik və rüblük büdcəsinin hazırlanmasında iştirak etmək;
Struktur bölmələrdən büdcə sifarişlərini toplamaq və təhlil etmək;
Büdcə layihəsini konsolidasiya etmək və rəhbərliyə təqdim etmək;
Rolling forecast və düzəliş büdcələrinin hazırlanması;
Faktiki göstəriciləri planla müqayisə etmək;
Kənarlaşmaların (variance analysis) təhlilini aparmaq;
Kənarlaşmalar üzrə izahat və təkliflər hazırlamaq;
Xərc intizamına nəzarət etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Rəhbərlik üçün idarəetmə hesabatlarının (management reports) tərtibi;
KPI-lar üzrə hesabatların hazırlanması;
Xarici audit və daxili yoxlamalar zamanı məlumatların təqdim edilməsi;
Gəlir və xərclərin struktur analizini aparmaq;
Rentabellik və səmərəlilik göstəricilərini hesablamaq;
Maliyyə risklərini müəyyən etmək və təkliflər vermək;
Maliyyə siyasət və prosedurlarının hazırlanmasında iştirak;
ERP sistemində maliyyə məlumatlarının düzgünlüyünə nəzarət;
Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək.
Vəzifə tələbləri:
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
Magistr dərəcəsi üstünlükdür;
ACCA, CIMA, DipIFR və ya digər peşəkar sertifikatlar üstünlük hesab olunur;
Maliyyə, büdcə planlaşdırılması və ya hesabatlılıq sahəsində minimum 1-3 il iş təcrübəsi;
Büdcə tərtibi və icra nəzarəti üzrə praktik təcrübə;
Büdcələşmə metodologiyaları (illik, rüblük, rolling forecast və s.);
Maliyyə hesabatlarının hazırlanması və təhlili;
Xərc nəzarəti və maliyyə planlaşdırması;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis, İngilis və rus dilləri yaxşı;
1C / ERP, MS Office (xüsusilə güclü Excel) proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Biz təklif edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi;
Korporativ tibbi sığorta paketi;
Peşəkar və liderlik inkişaf proqramları;
Beynəlxalq və yerli təlimlərdə iştirak imkanı;
Karyera yüksəlişi və qrup daxilində rotasiya imkanları;
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak imkanı;
Dinamik və strateji idarəetmə mühitində çalışma fürsəti;
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı.
İş barədə məlumat:
Struktur: Maliyyə departamenti
Birbaşa rəhbər: Büdcə və hesabatlıq üzrə menecer
İş yeri: Bakı şəhəri, Park View Biznes Mərkəzi
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
Maraqlanan şəxslər öz CV formalarını "Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis" başlığı ilə hr@edenagro.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı