Formanı doldurun
Vəzifə öhdəlikləri:
Şirkət üzrə bitki mühafizəsi və IPM strategiyasının hazırlanması və tətbiqi;
Əsas bitkilər üzrə mühafizə konsepsiyalarının formalaşdırılması;
Kimyəvi, bioloji və aqrotexniki tədbirlərin inteqrasiyası;
Korporativ standart və metodologiyaların hazırlanması;
Zərərverici, xəstəlik və alaq monitorinq sisteminin qurulması;
Risk xəritələri, economic threshold və proqnozlaşdırma modellərinin hazırlanması;
Skautinq protokolları və fitosanitar diaqnostikası;
Regionlar üzrə fitosanitar vəziyyət və risk fərqlərinin təhlili;
Rezistentlik risklərinin idarə olunması strategiyaları;
Bitkilər üzrə pestisid tətbiqi sxemlərinin hazırlanması və korrektəsi;
Preparatların effektivlik və iqtisadi səmərəlilik təhlili;
Sahələrdə mühafizə tədbirlərinin icrasına nəzarət;
Region aqronomlarına metodiki və operativ dəstək;
İllik pestisid tələbatı və büdcənin hazırlanması;
Xərclərin optimallaşdırılması və proqramların iqtisadi effektinin qiymətləndirilməsi;
Mühafizə tədbirlərinin məhsuldarlığa təsirinin təhlili;
Monitorinq və mühafizə məlumatlarının rəqəmsal sistemlərdə idarəsi;
GIS-də risk və yayılma xəritələrinin qurulması;
Rəqəmsal skautinq və erkən xəbərdarlıq sistemlərinin tətbiqi;
Yeni pestisid və bioloji texnologiyaların sınağı, demo sahələr və elmi əməkdaşlıq.
Vəzifə tələbləri:
Ali təhsil (Aqronomiya, bitki mühafizəsi və ya bitki patologiyası üzrə);
Magistr və ya elmi dərəcə üstünlük hesab olunur;
Minimum 5 il bitki mühafizəsi və ya aqronomiya sahəsində təcrübə;
Böyük sahəli təsərrüfatlarda iş təcrübəsi üstünlükdür;
Region aqronomu və ya baş bitki mühafizə mütəxəssisi kimi təcrübə arzuolunandır;
Elmi fəaliyyətlə məşğul olan mütəxəssislər;
Bitki mühafizəsi üzrə elmi məqalə və tədqiqat təcrübəsi olan namizədlər;
Uzunmüddətli istehsalat təcrübəsi olan aqronomlar;
Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər;
Sıx deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik;
Azərbaycan dili səlis, İngilis dili arzuolunandır;
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Aqrar əməliyyatlar bloku, Aqranomiya və ekspertiza departamenti
Bilavasitə tabe olduğu şəxs: Aqranomiya və ekspertiza departamentinin rəhbəri
İş yeri: Regional (Bakı, Yevlax, Şəmkir, Ağcabədi, Beyləqan)
İş qrafiki: 5 günlük iş həftəsi (1-5-ci günlər 09:00-18:00)
Maraqlanan şəxslər öz CV formalarını "Bitki mühafizəsi üzrə aqronom" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı