Formanı doldurun
Vəzifə öhdəlikləri:
Traktorlar, kombaynlar, özüyığan maşınlar, çiləyicilər, qoşqu və asılan aqreqatlar, yük texnikası və xüsusi mexanizmlər daxil olmaqla bütün texnika parkının işlək və saz vəziyyətdə olmasını təmin edir;
Texnikanın istismar qaydalarını və texniki tələbləri hazırlayır və tətbiq edir;
Gündəlik istismara nəzarət edir: işə buraxılma, dayandırılma, saxlanma, mövsümi konservasiya və texniki hazırlıq;
Hər bir texnika üçün illik və mövsümi texniki xidmət planını tərtib edir;
Motosaat, yüklənmə və mövsümə görə xidmət intervallarını müəyyən edir;
Mövsümlər üzrə texnikanın tam hazırlığını təşkil edir: səpinə hazırlıq, becərmə mövsümü, yığım mövsümü, payız hazırlığı;
Gündəlik və həftəlik təmir planlarını tərtib edir, təcili nasazlıqları və planlı xidmətləri balanslaşdırır;
Yağların, filtrlərin, kəmərlərin, zəncirlərin, işçi orqanların dəyişdirilməsini təşkil edir;
Mühərrik, transmissiya, hidravlika, şassi və aqreqatların təmirinə rəhbərlik edi;
Modul və detalların bərpası üçün ustalardan – qaynaq, torna, pres, mexaniki yığım düzgün istifadəni təmin edir;
Çilingərlər, hidravliklər, elektrik və qaynaqçılara rəhbərlik edir;
Heyətin iş bölgüsünü həyata keçirir;
Növbəli və tam olmaqla iş qrafiklərini təşkil edir, təmir tapşırıqlarının prioritetlərini müəyyən edir;
Təmir emalatxanalarının, qaynaq postlarının, dəzgahların, qaldırıcı avadanlıqların işini təmin edir;
Servis qruplarının alətlərlə təmin olunmasına nəzarət edir;
Mobil servis maşınlarının və sahə təmir briqadalarının çalışmasını təşkil edir;
Bütün texnika üçün kritik ehtiyat hissələrinin siyahısını formalaşdırır;
Minimum və maksimum ehtiyat səviyyələrini müəyyən edir;
Ehtiyat hissələrinin keyfiyyətinə nəzarət edir;
Materialların uçotunu, hərəkətini və düzgün istifadəsini təmin edir;
Texniki tələblər hazırlayır;
Analitika, hesabat və texniki sənədləşmə işini təşkil edir;
Səpin, becərmə, yığım və payız mövsümləri üçün texnikanın əvvəlcədən tam hazırlanmasını təmin edir.
Vəzifə tələbləri:
Ali və ya orta ixtisas təhsili (Mexanika mühəndisliyi, Kənd təsərrüfatı texnikası, Avtomobil nəqliyyatı və ya əlaqəli sahə);
Müvafiq sahə üzrə əlavə təlim və sertifikatlar üstünlükdür;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Rəhbər vəzifədə (usta, sahə mexaniki, texniki rəhbər və s.) ən azı 2–3 il təcrübə;
Kənd təsərrüfatı texnikası, ağır texnika və ya istehsalat avadanlıqları ilə iş təcrübəsi üstünlükdür;
Texniki xidmət və təmir planlarının hazırlanması;
Ehtiyat hissələrinin planlaşdırılması və anbar nəzarəti;
Yanacaq və sürtkü materiallarının uçotu və nəzarəti;
Nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması;
Operativ düşünmə və stressə davamlılıq;
Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Azərbaycan dili səlis;
MS Office proqramlarında işləmə bacarığı.
Əlavə məlumat:
Struktur: Aqrar əməliyyatlar bloku, Mexanizasiya departamenti
Bilavasitə tabe olduğu şəxs: Mexanizasiya departamentinin rəhbəri
İş yeri: Yevlax təsərrüfatı
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)
Maraqlanan şəxslər öz CV formalarını "Baş mexanik" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı