Formanı doldurun
Vəzifə öhdəlikləri:
• Laboratoriyanın gündəlik iş planının hazırlanması və icrasına nəzarət;
• Laborantların fəaliyyətinin koordinasiyası və iş bölgüsünün aparılması;
• Laboratoriya işlərinin standartlara uyğun yerinə yetirilməsinin təmin edilməsi;
• Xammal, yarımfabrikat və hazır məhsulların laborator analizlərinin aparılması;
• Fiziki-kimyəvi, mikrobioloji və digər keyfiyyət testlərinin icrası və nəticələrin yoxlanması;
• Laboratoriya avadanlıqlarının saz vəziyyətdə saxlanılması;
• Kalibrləmə və texniki baxış prosedurlarına nəzarət;
• Reaktivlərin və laboratoriya materiallarının düzgün istifadəsinin təmin edilməsi;
• Test nəticələrinin düzgün qeydiyyatı;
• Uyğunsuzluqların sənədləşdirilməsi və araşdırılması;
• Laboratoriyada gigiyena və təhlükəsizlik qaydalarının tətbiqi;
• Kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik qaydalarına nəzarət;
• Əmək mühafizəsi standartlarının qorunması;
• Yeni laborantların işə adaptasiyası və təlimatlandırılması;
• Laboratoriya prosedurlarının təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
• Keyfiyyət sisteminin davamlı inkişafında iştirak.
Vəzifə tələbləri:
• Ali təhsil (kimya, biologiya, Aqrokimya,Aqronom,Torpaqşunas);
• Laboratoriyada Keyfiyyətin idarə edilməsi üzrə sertifikatlar şərtdir -ISO 17025;
• Laborator analiz metodları üzrə biliklər;
• Minimum 2 il laboratoriya sahəsində iş təcrübəsi;
• Kənd təsərrüfatı sektorunda iş təcrübəsi üstünlükdür;
• Problemlərin səbəbini tapmaq və həll yolları təklif etmək;
• Şöbələrarası koordinasiya və rəhbərliklə effektiv ünsiyyət;
• Məsuliyyətli və diqqətli olmaq, komanda ilə işləmək bacarığı;
• Rus dili, İngilis dili (texniki sənədlərlə işləmək üçün üstünlükdür);
• 1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.
Əlavə məlumat:
Struktur: Keyfiyyətə nəzarət və monitorinq departamenti
Bilavasitə tabe olduğu şəxs: Keyfiyyətə nəzarət və monitorinq departamentinin rəhbəri
İş yeri: Yevlax rayonu
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-17:00)
Son müraciət tarixi: 05.03.2026
Maraqlanan şəxslər öz CV formalarını "Baş laborant" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı