Formanı doldurun
Vəzifə öhdəlikləri:
Müəssisə və kənd təsərrüfatı sahələrinin elektrik təhcizatı sistemlərini və onların qəzasız istismarınin təşkili qaydalarını;
Elektrik qurğularının quruluşu və istismar qaydalarını;
Transformator yarımstansiyalarının quruluşunu və istismar qaydalarını;
Layihələrdə tələb olunan elektrik, kabel, naqil və s. elektrik cihaz və qurğuların seçilməsini;
Elektrik qurğu və binaların layihələndirilməsinə texniki tapşırıqların hazırlanmasını;
Yüksək gərginliklə işləyən elektrik qurğularının, elektrik mühərriklərinin və başqa elektrik maşınlarının təhlükəsiz istimarının təşkili qaydalarını;
Elektrik cərəyanından zədələnmə hallarının qarşısını almaq üçün tələb olunan mühafizə vasitələrinin tətbiqi qaydalarını;
Elektrik qurğularında təhlükəsizliyi təmin etmək üçün qoruyucu torpaqlama, işçi torpaqlama və s. mühafizə vasitələrinin tətbiqi qaydalarını;
Hərəkətdə olan elektrik qurğularının torpaqlanması qaydalarını;
Qaz xətlərinin, hava xətlərinin və stasionar kompressorların təhlukəsiz istismari və quruluşu qaydalarını;
Dəyişən və sabit cərəyan,elektrik maşın, mexanizmələrin istismarı və təmiri qaydalarını;
Təzyiq altında işləyən tutumların istismarı və quruluşu qaydalarını;
Yükqaldırıcı kranların təhlükəsiz istismarı və quruluşu qaydalarını bilməlidir.
Vəzifə tələbləri:
Müvafiq sahə üzrə Ali təhsilli;
Energetika sahəsində 5 ildən çox iş təcrübəsi;
Məsuliyyətlilik və komandada işləmək bacarığı;
Müvafiq kompüter proqramları biliyi.
Əlavə məlumat:
Struktur: Ağcabədi təsərrüfatı
Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
İş yeri: Ağcabədi rayonu
İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00)
Maraqlanan şəxslər öz CV formalarını " Baş energetik (Ağcabədi təsərrüfatı)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq
Anket dolduraraq bizə CV göndərin
Formanı doldurun
Sizin müraciətiniz qeydə alındı