close
close

Baş energetik (Füzuli Rayonu)

Vəzifə öhdəlikləri:
Təsərrüfatda mövcud olan 35 kV gədər elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını, təmirini və enerjinin qənaətlə sərfinə nəzarətini təşkil etmək;
Elektrik avadanlıqlarının, elektrik enerjisinin uçotu və sərfinin təhlilinin, enerji təsərrüfatı işlərinin texniki-iqtisadi göstəricilərinin, qəzalar və onların səbəblərinin azalması və ya çoxalmasının uçotunu təşkil etmək;
Profilaktik təmirlərin, texniki yoxlamanın və hazırlıq planlarının yerinə yetirilməsinə nəzarət etmək;
Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planlarının hazırlanmasını təşkil etmək;
Təsərrüfatın yüksək gərginlikli yarımstansiyalarının və digər elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin etmək;
Təsərrüfatı elektrik enerjisi ilə təmin edən qurumlarla operativ danışıqların və rəsmi yazışmaların aparılması, icra edilməsi və müştərək işlərin təşkil edilməsi;
Təsərrüfatın enerji daşıyıcısı və elektrik enerjisinin fasiləsiz işini təmin etmək, enerji təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək;
Ehtiyat hissələrinin və materialların avadanlıqların tələbatına əsasən təsərrüfatın enerji təsərrüfatını təmin etmək;
Texnoloji avadanlıqlarının elektrik hissələrinin, şəbəkənin təmirini və istismarını təmin etmək;
Enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək;
Yeni istifadəyə verilmiş texnoloji qurğuların elektrik avadanlıqlarının prinsipial sxemlərini öyrənmək;
Təsərrüfatın elektrik avadanlıqlarının əsaslı təmir işlərini aparmaq üçün yanaşı xidmət göstərən bölmələrlə əlaqəni təmin etmək;
Ehtiyat hissələrinin və elektrik avadanlıqlarının alınması ilə əlaqədar sənədləri hazırlamaq;
Təmir işləri ilə əlaqədar qüsur cədvəlləri və avadanlıqların əsaslı təmiri üçün smetaların baxılıb razılaşdırılması;
Əmək funksiyasını icra etdiyi sahə və şöbələrdə elektrik nəzarətin edilməsi;
Şəbəkənin və elektrik avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək;
Elektrik avadanlıqlarının illik, aylıq, günlük carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsinə nəzarət etmək;
Təsərrüfatda işləyən sahələrin elektrik avadanlıqlarının texniki təhlükəsizlik qaydalarına uyğun istismarını təmin etmək;
Həftəlik, aylıq və illik elektrik təmir iş planlarının hazırlanmasının təşkili, təmir strategiyalarının müəyyən olunması və resursların effektiv istifadəsini təmin etmək.


Vəzifə tələbləri:
Ali təhsilli (Energetika və ya Avtomatika mühəndisliyi);
Müvafiq sahədə ən azı 10 il iş təcrübəsi;
Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarını;
Sənaye avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydalarını;
Enerji təminatı sahələrində qüvvədə olan qanunvericiliyinin tələblərini;
Elektrik qurğularının quraşdırılması və istismarı zamanı texniki təhlükəsizlik qaydalarını;
Avtomatika sistemləri, kompressor və generatorların təhlükəsiz ististmarı ilə bağlı tələb edilən texniki təhlükəsizlik qaydalarını bilməlidir.


Əlavə məlumat:
Struktur: Əməliyyatlar departamenti;
Bilavasitə tabe olduğu şəxs: Departament rəhbəri;
İş yeri: Füzuli rayonu, Qayıdış qəsəbəsi;
İş qrafiki: 6 günlük iş həftəsi (09:00-17:00; Şənbə günü 09:00-13:00);
Nahar: Müəssisə tərəfindən qarşılanır;
Nəqliyyat: Müəssisə tərəfindən qarşılanır;
Son müraciət tarixi: 11.12.2024.


Maraqlanan şəxslər öz CV formalarını "Baş energetik" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər. 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.
 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı