close
close

Anbardar (Ağcabədi təsərrüfatı)

Vəzifə öhdəlikləri:

• Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlama rejiminə nəzarət;

• Mal-materialın qəbulu, təhvili, sənədləşdirilməsi  və mədaxil-məxaric sənədlərinin yoxlanılması, qəbul və təhvil qaydalarına riayət  etmək;

• Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının, sayım zamanı sayılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda mal-material düzülüşünə nəzarət etmək;

• Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək. O cümlədən son tarixləri nəzər almaqla bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək, istisnalar barədə dərhal rəhbərliyi məlumatlandırmaq;

• İstifadə olunan və ya verilən əmlak siyahıları, qiymət siyahıları, çatışmazlıqlar, yüklər, xərclər, malların qeydiyyat və hesabatını tələb olunduğu halda hazırlamaq və aparmaq;

• Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;

• Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;

• Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;

• Keyfiyyətə nəzarət tələblərinə əməl etmək , mal-materialın keyfiyyətli və  uyğun şəraitdə saxlanılmasına nəzarət etmək;

• Çatdırılacaq materialları və ya bağlamaları zədələnmədən çevik və təhlükəsiz şəkildə saxlama ərazisinə çatdırmaq;

• Eyniləşdirmə etiketləri, ştamplar, elektrik nişan vurma alətləri və digər yarlıq vurma  avadanlıqlardan istifadə etməklə saxlanc əşyalara ştamp vurmaq;

• Malların tərkibinə uyğun olaraq konteynerlərə, saxlanclara yarlıq yapışdırmaq;

• Təhlükəli malları saxlama ərazisində əvvəlcədən təyin olunmuş müvafiq konteynerlərə daşımaq;

• Sahələri satışı tələb olunan mallar və materiallar ilə vaxtında təmin etmək;

• Anbara giriş-çıxış yollarının və qapılarının  işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını, anbarın səliqəliliyini təşkil və nəzarət etmək;

• Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək;

• Anbarda aparılan əməliyyatlar zamanı prosedurları yerinə yetirmək, monitorinq etmək və onlara riayyət etmək;

• Təhlükəli maddələr və mallar ilə əlaqədar qanuni tələbləri tətbiq etmək;

• Verilmiş məlumatlar, o cümlədən təsnifat yarlıkları, bəyannamələr, materialların təhlükəsizliyinə dair  texniki məlumatların arayış vərəqləri və digər sənədlərə əsasən təhlükəli mallar və ya maddələri müəyyən etmək;

• Çəngəl ağızlı (forklift) qaldırıcı, yük maşın və ya vaqona profilaktik xidmət göstərmək;

• Monitorinq və texniki xidmətin nəticələri barədə müvafiq işçi heyətinə məlumat vermək.

 

Vəzifə tələbləri:

• Ali təhsil (müvafiq sahə üzrə);

• Müvafiq sahədə iş təcrübəsi: Minimum 1 il;

• MS Office istifadə bacarığı (Word, Excel, Power Point), 1 C;

• Kənd təsərrüfatı təcrübəsi üstünlükdür.

 

Əlavə məlumat:

• Struktur: Anbar şöbəsi

• Bilavasitə tabe olduğu şəxs: Anbar meneceri

• İş yeri: Ağcabədi rayonu

• İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)

 

Maraqlanan şəxslər öz CV formalarını "Anbardar (Ağcabədi)" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

 

 

 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı