close
close

Əmək haqqının hesablanması üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:


Şirkət əməkdaşlarının aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün şəkildə müvafiq proqrama daxil olunmasının təmin edilməsi;
Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Daxili və xarici ezamiyyələrin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
Yeni əməkdaşlara bank hesablarının açılması və əmək haqqı kart sifarişlərinin yerinə yetirməsi;
Əməkdaşların işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtı uçotu tabellərinin tərtib olunması;
Həyatın Yığım Sığortası proqramına aid sənədləşmənin aparılması;
DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmiləşdirilməsi; 
Əmək haqqına dair sorğu və sualların cavablandırılması;
Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək;
Əmək haqqı ilə bağlı vergi, DSMF və statistik orqanlara təqdim olunan hesabatların hazırlanması;
Əmək haqqı ilə bağlı digər əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması.


Vəzifə tələbləri:


Ali təhsil (maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini, maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yüksək səviyyədə bilmək;
MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurlarını bilməli;
Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
Səlis Azərbaycan dili bilikləri (Rus və İngilis dili – arzuolunandır).

Əlavə məlumat:
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00)
İş yeri: BEGOC Biznes Mərkəzi
Son müraciət tarixi: 30.12.2023

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Əmək haqqının hesablanması üzrə mütəxəssis) qeyd edərək hr@azsf.az elektron ünvanına göndərilməsi xahiş olunur.       

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq. 

Uyğun vakansiya tapmadınız?

Anket dolduraraq bizə CV göndərin

Vakansiyalar yeniləməsinə abunə olun
close

Ərizə forması

Formanı doldurun

close

Sizin müraciətiniz qeydə alındı